MəşurlarÖlkəSiyasət

BU MİLLƏTİN İLK ŞƏHİDİ SƏN OLDUN

Heydər Əliyev — Vikipediya

 

1987-ci il oktyabrın 21-də Heydər Əliyev Qorbaçov komandasının siyasətinə etiraz əlaməti olaraq siyasi büro üzvlüyündən istefa verdi. Bundan bir neçə gün sonra isə Yerevanda Moskva ilə artıq razılaşdırılmış bədnam “Qarabağ məsələsi”- Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi məsələsi qaldırıldı. Bunun ardınca da azərbaycanlıların öz dədə-baba torpaqlarından etnik təmizləmə  prosesinə start verildi. İnsan haqları dəhşətli dərəcədə pozulur, Azərbaycan xalqına qarşı tammiqyaslı soyqırım siyasəti həyata keçirilirdi. Mixail Qorbaçov və onun ətrafı Heydər Əliyevin artıq təcrid olunmasından, demək olar ki ev dustağına çevrilməsindən istifadə edərək Qarabağ məsələsinin həllini fəlakət həddinə çatdırdılar və bu da azmış kimi, sonda sülhsevər Azərbaycan xalqının başına misli görünməyən müsibətlər gətirərək 20 Yanvar faciəsini törətdilər..Bu faciəyə qarşı ilk etiraz səsini ucaldan,Azərbaycanın başına gələnləri bütün dünyaya car çəkən, rus imperiyasının iyrənc işğalçı siyasətini ifşa edən də məhz qeyrət simvolu Heydər Əliyev oldu.

 

Qüdrətindən düşmüşdülər təlaşa,

İşığından kor olmuşdu gözləri,

Qılıncları oynayırdı havada,

Səndən sonra qul etməkçün bizləri.

 

Düşündülər, daşındılar yüz kərə,

Çox məqamda qurulmuşdu tələlər.

Nişangaha çevirdilər ölkəmi,

Nələr çəkdi onda başın, eh…, nələr!

 

İnam yeri güclü idi bu elin-

Sibirəcən sevilirdi soyadın,

Sən o iyrənc məmləkətdə gücünlə

Millətimi sarsılmağa qoymadın.

 

Öz dilində dərs deyirdin onlara,

Siyasətdən xəbərsizdi naşılar,

Kim deyərdi Qorbaçovun, Yazovun

İnsanlığa xidmət edən başı var?!

Birləşdilər yarasalar gizlicə,

Rəqib idin bu meydanda təkcə Sən,

Qərarları qəti oldu: Təcili

Vəzifədən Sən götürülməlisən.

 

Örtə bilməz qara bulud Günəşi,

Həyat verən qüvvə heç vaxt basılmaz.

Bu millətin ilk şəhidi Sən oldun!-

Şəhid ölmür, Şəhidliyə yas olmaz!

 

O, PARLAQ BİR GÜNƏŞ İDİ

 

Qəm selinə döndü millət,

Axdı hamı bir ünvana.

O gün xalqım baş əyirdi

Məmləkəti yaradana.

 

Milliləşib dilim, adım,

Himnim-həyat fəlsəfəsi.

Dar günümdə Moskvadan

Eşidildi onun səsi.

 

Dərd girdabı içindəydik,

Bu dəryada -bir qaya o,

Qələbə əzmi gətirdi

Naxçıvandan Bakıya o.

 

Son qoyuldu anaların

Qəlb göynədən göz yaşına,

Döndü o, hər bir insanın

Əbədilik sirdaşına.

 

O, parlaq bir Günəş idi,

Nuru hopub ömrümüzə.

Zirvələri fəth edirik

Ruhu qida verir bizə.

 

Nə qədər ki baxır gözüm,

Döyünür sinəmdə ürək,

Hər işimdə Öndərimin

Öyüdləri görünəcək.

 

BİR OĞUL İTİRDİ VƏTƏN

 

Bu gün böyük qəhər günü,

Sağalan deyil bu yara,

Bu, ümumxalq hüznü kimi

Həkk olubdur yaddaşlara.

 

Sülh idi onun məramı,

Döyüşdən də qorxmazdı, ha!

O, sözündə bütöv idi,

O, elmdə- böyük düha.

 

Bir oğul itirdi vətən,

Döndü o, Yaşıl Çırağa,

Valeh Mirzə