Haqqımızda

 BAŞ REDAKTORDAN:
KOBRA,İlk baxışda qeyri-adi, bir az da vahiməli, kimlər üçünsə ümumiyyətlə xoşagəlməz səslənən bu ad əslində heç də qorxulu deyildir. Ancaq «KOBRA» cəmiyyət üçün deyil,onu korlayanlar, adına ləkə gətirənlər, daşıdıqları ali  canlı adını doğrultmayanlar,riyakarlar, rüşvətxorlar,korrupsionerlər, nadanlar və qorxaqlar üçün  həmişə vahiməli olacaq.
     Azərbaycan xalqının rifahı naminə dövlətimiz tərəfindən atılan bütün addımlar daim tərəfimizdən dəstəklənəcək, dövlətimizin daxili və xarici siyasətini bəyənməyənlərə ,onu xalqa, xalqı ona qarşı cəhd edənlərə, qazanılan uğurlara sevinməyənlərə, xəbislərə və xainlərə qarşı barışmaz mövqedə olacaq, haqq yolunda apardığı mübarizədə öz səngərini heç vaxt tərk etməyəcək,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının gərgin və olduqca səmərəli fəaliyyəti nəticəsində günü-gündən çiçəklənən, gözəlləşən doğma Azərbaycanımıza, onun  adını, başını uca edənlərə, qurub-yaradanlara həmişə sədaqətlə xidmət edəcək və bu xeyirxah missiyanı   ləyaqətlə yerinə yetirməyi özünə borc sayacaq.
«KOBRA» öz fəaliyyətində Kütləvi İnformasiya Vasitələri Haqqında Qanunun bütün müddəalarına ciddi əməl edəcək.