MəşurlarÖlkəYeni xəbərlər

Sülhməramlıların daha bir postu LƏĞV EDİLDİ 

Sülhməramlıların daha bir postu LƏĞV EDİLDİ 

Qarabağda Rusiya sülhməramlılarının daha bir müşahidə məntəqəsi fəaliyyətini dayandırıb.

 

“Kobramedia.az”ın yazdığına görə Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Müşahidə sisteminin optimallaşdırılması çərçivəsində Şuşa rayonunda bir müşahidə məntəqəsi bağlanıb”, – məlumatda bildirilir.

 

Qeyd olunur ki, sentyabrın 19-dan bu yana sülhməramlıların doqquz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

 

“Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə planlı təmir üçün silah və hərbi texnikanın Rusiya Federasiyasına göndərilməsi başa çatdırılır”, – Nazirlik vurğulayıb.