MəşurlarÖlkəSiyasət

Vilayət Eyvazov rəislərin qarşısına tələb qoyub xəbərdarlıq etdi

 

vilayet-eyvazov-reislerin-qarsisina-teleb-qoyub-xeberdarliq-etdi

 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib.

“Kobramedia.az”ın yazdığına görə “Qafqazinfo” xəbər verir ki, bu barədə nazir 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən Kollegiya iclasında bildirib.

Vilayət Eyvazov onlara saxlanılan şəxslərə qarşı kobudluğun, hər hansı formada pis rəftarın yolverilməzliyini, qanundankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi aktların tələblərinə dönmədən riayət olunmasının vacibliyini xatırladıb, bu istiqamətlərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.