ƏdabiyyatMəşurlarÖlkə

Xalq yazıçısı Anar Rzayevlə  “Xəzər”də  görüş

XALQ YAZIÇISI ANAR RZAYEVLƏ “XƏZƏR” DƏ GÖRÜŞ KEÇİRİLİB
2024-cü il martın 15-də Xəzər Universitetinin Mərkəzi Kampusunda Fikrət Əmirov Konfrans–Konferensiya Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə müəllim-tələbə heyətinin görüşü keçirilib.Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, akademiyanın elmi işçiləri, Yazıçılar Birliyinin katibi,Azərbaycan Mətbuat Şurasının sədri və “525-ci qəzet”in baş redaktoru şair-publisist Rəşad Məcid, şair və yazıçılar,mətbuat nümayındələri, eləcə də yazıçının müxtəlif sahələri təmsil edən yaxın dostları və ailə üzvləri iştirak ediblər. Xəzər Univesitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad.Hamlet İsaxanlı tədbiri açaraq bu görüşün universitetin professor müəllim heyəti, eləcə də tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diskussiya şəraitəndə keçən görüşdə Xalq yazıçısı ona ünvanlanan bütün sualları geniş və əhatəli cavablandırıb.
Anar Rzayev bir neçə gün öncə Xəzər Universitetinin Gəncə filialinda anası mərhum şair Nigar Rəfibəylinin yübiley gecəsini, ardınca isə onun özü ilə yazıçının Doğum Günü ərəfəsində bu möhtəşəm görüşü təşkil etdiyinə görə Hamlet İsaxanlıya dərin təşəkkürünü bildirib.Deyib ki, mən bunu Rəsul Rza ailəsinə və bütövlükdə Azərbaycan ədəbiyyatına tərəfinizdən verilən yüksək dəyər kimi qiymətləndirirəm.
Tədbirin yekununda görkəmli Xalq yazıçısının Doğum Günü şərəfinə hazırlanan tort səhnəyə gətirilib və Xəzər Universitetinin Kamera Orkestrinin bədii rəhbəri, Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova Anar Rzayevə gül dəstəsi təqdim edib.
Bəyən

Şərh bildir
Paylaş