MəşurlarÖlkəYeni xəbərlər

Qüdrət Həsənquliyev: “Məmnunam ki, Moderator.az-da onun dəsti-xətti qorunub saxlanılır”

“Zülfüqar Hüseynzadə böyük vətənpərvər, istedadlı jurnalist idi”

 

 

“KOBRAMEDİA.AZ”IN YAZDIĞINA GÖRƏ Bu gün Moderator.az saytının 11 yaşı tamam olur.Bu münasibətlə Moderator.az-a açıqlama verən millət vəkili Qüdrət Həsənquliyev saytın kollektivini təbrik edib, Zülfüqar Hüseynzadənin dəsti-xəttinin qorunub saxlanılmasından məmnunluğunu ifadə edib:

 

“Moderator.az saytı ölkənin ən oxunaqlı, ciddiliyi ilə seçilən, informasiya yüklü, cəmiyyəti düşünməyə sövq edən azsaylı saytlarından biridir. Bu saytı dostumuz , vaxtsız sıralarımızdan getmiş böyük vətənpərvər, istedadlı junalist Zülfüqar bəy yaradıb. Çox məmnunam ki, onun dəsti-xətti qorunub saxlanılır.

 

Saytın əməkdaşlarını təbrik edir, daha böyük uğurlara imza atmalarını arzu edirəm”.

 

Seymur ƏLİYEV