MəşurlarÖlkəYeni xəbərlər

“O, “Moderator.az” saytını yeni media alətlərindən istifadə edən etimadlı xəbər saytına çevirə bildi.” – Müşfiq Ələsgərli

“O,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Moderator.az saytının 11 yaşı münasibətilə fikirlərini bildirib:
“Moderator.az” xəbər portalı ənənvi mediadan yeni mediaya keçid dövründə yaradılıb. Bu müstəvidə yaradılan ilk KİV subyektlərindəndir.  O mənada demək olar ki, “Moderator.az” yeni media mühitinə uğurlu transferin əsasını yaradan peşəkar KİV qurumlarından biridir. Portalın yaradıcısı Zülfüqar Hüseynzadə uzun müddət peşəkar KİV qurumlarında çalışmış, peşəkar jurnalistikanın prinsiplərini bilən şəxs olduğu üçün üzərinə düşən missiyanı da uğurla yerinə yetirdi. “Moderator.az” saytını yeni media alətlərindən istifadə edən etimadlı xəbər saytına çevirə bildi. Sayt etibarlı xəbər ötürücüsü olmaqla yanaşı, analitik materiallara da yer verir, məlumatlandırma və maarifləndirmə prosesində aktiv iştirak edir. Təəssüf ki, Zülfüqar bəy sıralarımızı çox erkən, yaradıcılığının ən məhsuldar dövründə  tərk etdi.  Allah ona rəhmət eləsin, ruhu şad olsun. Təsəllimiz odur ki, Zülfüqar bəy “Moderator.az” redaksiyasını peşəkar, yaradıcı insanlardan təşkil edə bilib. Redaksiya heyəti onun işini uğurla davam etdirə bilirlər. Mən redaskiya heyətini 11 illik fəaliyyətləri münasibətilə təbrik edirəm, gələcək işlərində uğurlar arzulayıram.
Gülçin Qorxmaz
Moderator.az