MəşurlarÖlkəReportaj

Universitetlərimizin beynəlxalq reytinq durumu necədir? – Nazirdən etiraz

Universitetlərimizin beynəlxalq reytinq durumu necədir? – Nazirdən etiraz

Ali təhsil müəssisələrimizin səriştəlilik göstəriciləri artıb. Növbəti mərhələlərdəki sürət əvvəlki mərhələlərdən daha yaxşı olacaqdır”.

“Kobramedia.az”ın yazdığına görə Moderator.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda səsləndirib. Nazir çıxışı zamanı Azərbaycan universitetlərinin reytinq göstəricilərinə də toxunub:

“Tez-tez belə sual verilir: Niyə Azərbaycan universitetləri TOP-500-də deyil? Biz bəzən arzularımızdan çıxış edərək danışırıq. Mövqe çox rahat mövqedir. Amma bunun arxasında  tədqiqatlar, özəl iş sektoru ilə münasibətlər durur. Bunlar birdən-birə həyata keçmir. Bir ali təhsil müəssisəsinin beynəlxalq reytinqdə yerini müəyyənləşdirmək ən azı üçün 5 il lazım gəlir. Çünki reytinq meyarlarının tələb etdiyi göstəricilər 5 il  ərzində toplanaraq reytinq cədvəllərinə təhvil verilir.

Dünyada 30 min universitet var. 30 min arasında 1000-yə düşmək də uğurdur.