MəşurlarÖlkəYeni xəbərlər

ONUN GÜLÜMSƏR ÜZÜ BİR ANDACA QƏZƏBLƏ ƏVƏZLƏNƏ BİLİRDİ

Bir 1 nəfər şəkili ola bilər
İnsan bütün parametrlərlə gərəkdir ki, tutduğu vəzifəyə yaraşa.Kimsə əyninə zövqsüz bir paltar geyinəndə nə qədər eybəcər görünürsə vəzifə kreslosunda yaramaz bir adam oturanda da həmin kabinet eyni mənzərəni xatırladır. Misir Mərdanov nazir olana qədər, həmin nazirlikdə, şöbə müdiri, idarə rəisi və nazir müavini vəzifələrini daşıyıb.Bunların davamı olaraq o, ən mötəbər bir ali məktəbin-BDU-nun rektoru vəzifəsinə təyinat alıb. Bütün bu etaplar onu nazir vəzifəsinə yüksələnə qədər bu ziyalı məmur formasına salıb.İlk baxışda adamda elə təəssürat yaranır ki, Misir Mərdanov mülayim xarakterli, gülərüz bir insandır.Amma əsla belə deyil.O, olduqca tələbkar, təhsilin bütün pillələrini xırdalıqlarına qədər bilən bir nazir olub. Onun üzündə olan təbəssüm bir an içərisində qəzəblə əvəzlənə bilirdi.Bu, adətən o halda baş verirdi ki, tabeliyində olan vəzifəli şəxs nazirin isti münasibətindən öz xeyrinə bəhrənməyə çalışsın.O, öz qəzəbini hamıdan çox nazir müavinləırinin işindən narazı olan məqamlarda gizlədə bilməyib. Mən də sosial şəbəkədə Misir Mərdanov haqqında yazılan xoş sözlərə qoşuluram.O, oturduğu kresloya, nazir kabinetinə hamıdan çox yaraşıq verirdi.İşinin səmərəliliyi də ki, öz yerində. Milli təhsilimizin ruporu olan “Azərbaycan müəllimi” qəzetinə rəhbərlik etdiyim dövrdə bir dəfə də olsun aramızda hər hansı bir anlaşılmazlıq olmadı.Bütün məsələlərdə obyektiv olduğuma, prinsipiallıq nümayiş etdirdiyimə, heç kimin qarşısında şəxsiyyətimi alçaltmadığıma və bunu kimsəyə icazə vermədiyimə görə xarakterimi bəyənmişdi.Sonda da mehribancasına xudahafizləşdik.
Misir Mərdanov Heydər Əliyevin kadr təyinatında cəmiyyətə təqdim etdiyi uğurlu nümunələrdən biri olub. Hörmətli professora cansağlığı, bundan sonrakı səmərəli fəaliyyətində də bol-bol uğurlar arzulayıram.