NOBEL MÜKAFATI LAUREATLARI-2023
NOBEL MÜKAFATI
LAUREATLARI-2023
FİZİOLOGİYA VƏ TİBB ÜZRƏ
. Kariko 1955-ci il yanvarın 17-də Macarıstanın Szolnok şəhərində anadan olmuşdur. Hazırda “BioNTech RNA Pharmaceuticals” şirkətinin baş vitse-prezidenti vəzifəsində çalışır. Bakalavr və fəlsəfə doktoru dərəcəsini Macarıstanın Szeged Universitetində almışdır. 1989-cu ildən Pensilvaniya Universitetində çalışır.1990-cı ildə mRNT əsaslı gen terapiyasının yaradılmasını təklif edib. Tezliklə Dryu Vaysman ilə tanış olub və adıçəkilən sahədə birgə araşdırma aparmağa başlayıb.
Dryu Vaysman 7 sentyabr 1959-cu ildə ABŞ-ın Massaçusets ştatının Leksinqton şəhərində anadan olub. 1981-ci ildə Brandeis Universitetində bakalavr və magistr dərəcələrini alıb, burada biokimya və enzimologiya ixtisası üzrə təhsil alıb.
D.Weissman Peyvənd Araşdırmaları üzrə Roberts ailəsinin ilk professoru, Penn RNT İnnovasiyası İnstitutunun direktoru və Pensilvaniya Universitetinin (Penn) Perelman Tibb Məktəbində tibb professorudur. İlk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının adı məlum olub. İsveçin Karolinsk İnstitutu macar alimi Katalin Kariko və amerikalı Dryu Vaysmanın 2023-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüşlər. Alimlər “COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasına imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” mükafatlandırılıblar.
FİZİKA ÜZRƏ
İsveç Kral Elmlər akademiyası 2023-cü ilin fizika üzrə Nobel mükafatına “maddədə elektron dinamikasının tədqiqi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə” ABŞ-ın Ohayo Dövlət Universitetinin professoru Pyer Aqostini, Almaniyanın Maks Plank Kvant Optika və Münhen Lüdviq-Maksimilian Universitetindən Ferens Krauzu və
İsveçin Lund Universitetindən ransızf Ann Lyuili layiq görüb.
Pyer Aqostini 23 iyul 1941-ci ildə Tunisdə anadan olub. 1961-ci ildə Eks-Marsel Universitetini fizika müəllimi kimi başa vurub. 1968-ci ildə Fransanın Eks-Marsel Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb və Paris-Sakle Elmi Mərkəzində tədqiqatçı kimi fəaliyyətə başlayıb. 2005-ci ildə alim Ohayo Universitetinin fizika professoru seçilib.
2018-ci ildən Ohayo Dövlət Universitetinin professorudur. 2001-ci ildə alim 250 attosaniyə davam edən bir sıra ardıcıl işıq impulsları yaradıb və onları tədqiq edib. Ann Lyuil Fransız-isveç fiziki. 1958-ci ildə Parisdə anadan olub. Çoxfotonlu ionlaşma mövzusunda elmi işini 1986-cı ildə Pyer və Mariya Kürü Universitetində və Atom Enerjisi Komissarlığında (CEA) müdafiə edib. 1995-ci ildə Lund Universitetinin dosenti, daha sonra professoru təyin olunub.2004-cü ildən İsveç Kral Elmlər Akademiyasının üzvüdür.
Ferens Krauz 1962-ci ildə Macarıstanın Mor şəhərində doğulub.1991-ci ildə Vyana Texnologiya Universitetində kvant elektronikası üzrə doktorluq dərəcəsi alıb. 1999-cu ildən Vyana Texnologiya Universitetinin professoru, 2000-ci ildə isə Qabaqcıl İşıq Mənbələri Mərkəzinin direktoru olub. 2003-cü ildə Attosaniyə Fizika Departamentinə rəhbərlik etdiyi Maks Plank Kvant Optik İnstitutunda direktor kimi çalışıb. 2004-cü ildən Münhen Lüdviq Maksimilian Universitetində (LMU) eksperimental fizika kafedrasında işləyir.
KİMYA ÜZRƏ
2023-cü ilin Kimya üzrə Nobel mükafatına Massaçusets Texnologiya İnstitutundan (ABŞ) Munqi Bavendin, Kolumbiya Universitetindən (ABŞ) Luis Bryus və rusiyalı alim Aleksey Yekimov layiq görülüblər.Onlara bu mükafat “kvant nöqtələrinin kəşfi və sintezinə” verilib.
Minqi Bavendi 15 mart 1961-ci ildə Parisdə anadan olub.O, fransız və Tunis mənşəli amerikalı kimyaçıdır.1988-ci ildə Çikaqo Universitetində kimya üzrə fəlsəfə doktoru dərəcəsini alıb. 2020-ci illərin əvvəllərindən Massaçusets Texnologiya İnstitutunda professor vəzifəsində çalışır. Minqi Bavendi koloidal kvant nöqtəsi tədqiqatında dünyada aparıcı mütəxəssislərdən və son on ildə ən çox istinad edilən kimyaçılardan biridir.
Luis Bryus 10 avqust 1943-cü ildə Klivlenddə (ABŞ) anadan olub.Amerikalı fizik, fiziki kimya üzrə mütəxəssisdr.1969-cu ildə isə Kolumbiya Universitetində doktorluq dərəcəsi alıb. 1973-1996-cı illərdə Bellin Laboratoriyasında çalışıb. 1996-cı ildən Kolumbiya Universitetinin professorudur.Luis Bryus kvant nöqtələri kimi tanınan kolloid yarımkeçirici nanokristalları kəşf edib.
Aleksey Yekimov 28 fevral 1945-ci ildə keçmiş SSRİ-də anadan olub.Sovet və amerikalı alim bərk cisim fizikası və optika sahəsində mütəxəssisdir.Yüzdən çox elmi əsər yazıb, bir neçə ixtiranın müəllifidir, nanokristal yarımkeçirici kvant nöqtələrini kəşf edib. 2006-cı ildə alim Vud mükafatını alıb.1999-cu ildən ABŞ-dakı “Nanocrystals Technology Inc”-in baş elmi işçisidir. 1980-ci illərin əvvəllərində A. Yekimov rəngli şüşədə ölçülü asılı kvant effektləri yaratmağı bacarıb. Bu iş Luis Bryus və Munqi Bavendi tərəfindən davam etdirilib.
İQTİSADİYYAT ÜZRƏ
2023-cü il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatına “ əmək bazarında qadınların rolu barədə anlayışlarımızı yaxşılaşdırdığına görə “ Harvard Universitetinin professoru Klaudiyo Qoldin layiq gğrülüb.
Klaudiyo Qoldin 14 may 1946 – cı ildə Nyu-Yorkda anadan olub. Harvard Universitetinin professoru və bu ali məktəbin nəzdində İqtisadiyyat Gender Tədqiqat Qrupunun (NBER) direktorudur. 2013-2014-cü tədris ilində Amerika İqtisadi Birliyinin prezidenti olub. Tədqiqatları qadın işçi qüvvəsi, gender gəlir fərqi, gəlir bərabərsizliyi, texnoloji dəyişiklik, təhsil və immiqrasiya da daxil olmaqla geniş mövzuları əhatə edir.
Nobel Komitəsinin məlumatında qeyd olunur ki, “Klaudiyo Qoldin bu il qadınların gəlirləri və əsrlər boyu əmək bazarında iştirakı ilə bağlı ilk hərtərəfli hesabatı təqdim edib. Evlilik və ailə məsuliyyəti səbəbindən qadınların seçimlərinin tez-tez məhdud olması onun təhlilinin və izahlı modellərinin əsasını təşkil edir.
ƏDƏBİYYAT ÜZRƏ
Yun Fossen 29 sentyabr 1959-cu ildə Norveçdə doğulub. O ,Bergen Universitetini bitirib. Görkəmli dramaturq, şair, uşaq ədəbiyyatı yazıçısı, tərcüməçi,roman yazıçısı, ədəbiyyatşünas alimdir.
Norveç dramaturqu Yun Fosse ədəbiyyat sahəsində qazandığı nailiyyətlərə görə Nobel mükafatına layiq görülüb. Qərarın əsaslandırıcı hissəsində deyilir ki, yazıçı “anlaşılmaz olanı ifadə etməyə imkan verən yenilikçi pyesləri və nəsrinə görə” bu mükafata layiq görülüb.Yunis Fosse Henrik İbsendən sonra ən çox oxunan Norveç dramaturqudur
SÜLH MÜKAFATI
Nərgiz Məhəmmədi 21 aprel 1972-ci ildə Zəncan, Pəhləvilər İranidə anadan olub. Hüquq müdafiəçisi və alimidir. Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin Nobel Sülh Mükafatına rəhbərlik etdiyi İnsan Haqlarının Müdafiəçiləri Mərkəzinin (İHM) vitse-prezidentidir. Nərgiz Məhəmmədi İranda hicaba itaətsizlik etməklə kütləvi feminist vətəndaş itaətsizliyinin tərəfdarıdır və 2023-cü ilin hicab və iffət proqramının kəskin tənqidçisidir. 2016-cı ilin mayında o, Tehranda “ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı” yaratdığına və idarə etdiyinə görə 16 il həbs cəzasına məhkum edilib. 2020-ci ildə azad edilsə də 2021-ci ildə yenidən həbs olunub.
Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə “Sərhədsiz Reportyorlar” Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına və Nobel Sülh Mükafatına layiq görülüb.
Qeyd edək ki, Sülh Mükafatı Dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara verilir.
Hazırladı: Valeh Mirzə