MəşurlarÖlkəReportaj

DÖVLƏTÇİLİYİMİZİN TƏBLİĞATI İLƏ MƏŞQULAM

Şəkilin açıqlaması yoxdur.
Professor Misir Mərdanovun ATV kanalında yayımlanan “GERİYƏ BAXANDA” verilişində qonaq idi. Təəssüflənirəm ki həmin verilişin ancaq sonuna baxa bildim, O, danışdıqca xəyal məni 10 il öncəyə qovuşdurdu.Misir Mərdanovla Təhsil Nazirliyində baş tutan bütün görüşlərimiz gözlərim önündə təzələndi. Rəhbəri olduğum “Azərbaycan müəllimi” qəzetində canlanma yaratdığıma, maraqlı yazılarla oxucu auditoriyasını qısa zaman kəsiyində genişləndirdiyimə , ümumuyyətlə işgüzarlığıma görə xətrimi çox istəyirdi.Mən eyni zamanda onun ünvanına yazılan böhtan xarakterli cızmaqaraları da cavabsız qoymur,müxtəlif mətbu orqanlarda nazirin ünvanına yazılan iftiralara peşəkarcasına cavablar verirdim.Hətta teledebatlara da çıxıb təhsilimizi, nazirimizi gözdən salmağa çalışanları tutarlı faktlarla susdururdum.Məni “Azərbaycan müəllimi ” qəzetinin başqa baş redaktorlardan fərqləndirən əsas cəhət bu idi ki ixtisasca müəllim olduğuma görə təhsili yaxşı bilirdim. Üç il təyinat müddətini müəllim işlədikdən sonrakı fəaliyyətim də elə təıhsillə bağlı olmuşdu; uşaq və yeniyetmələrin sevimli qəzeti olan “Azərbaycan pioneri” qəzetinə rəhbərlik etmişdim. Bu isə pedaqoji fikir tarixi yaradan yeganə mətbu orqana rəhbərlik etmək üçün bəlkə də ən vacib şərtlərdən biridir. Mənə qədər 4 min abunəsi olan qəzetin tirajı bir ildən sonra 12 min oldu. 2005-ci ildə Möhtərəm Cənab Prezident İlham Əliyevin Mətbuat Günü münasibətilə imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif olundum.
Heç yadımdan çıxmır,bir ay idi ki baş redaktor idim.Bir qəzet səhifəsi həcmində böyük bir məqalə ilə rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində çıxış etdim. Məqalə “Heydər Əliyev və milli təhsil quruculuğu” adlanırdı. Həmin gün nahar fasiləsi zamanı Misir müəllim mənə zəng etdi və həmin yazının çox xoşuna gəldiyini söylədi.Dedi ki Prezident Aparatından zəhg vurub olduqca layiqli bir baş redaktor təyin etdiyinə görə ona təşəkkür ediblər..Telefon danışığının sonunda nazir məni ruhlandırmaq üçün bu sözləri deməyi də unutmadı:-Böyük bir baryeri aşdınız, Valeh müəllim.
Şübhəsiz nazirimin dilindən bu xoş sözləri eşitmək mənim üçün olduqca xoş idi və mən doğrudan da ruhlandım, daha böyük həvəslə Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif çalarlarını geniş yazılarda təhlil etməyə başladım.Həmin yazılar əvvəlcə rəsmi dövlət qəzetlərində iki dildə, sanrasa rəhbərlik etdiyim mətbu orqanda ölkə ziyalılarına təqdim olundu.Nəticədə iki eyni adlı “Azərbaycan Dövlətçiliyinin Qoşa Qanadı” kitablarım ərsəyə gəldi və həmin kitablar “Beynəlxalq. Heydər Əliyev Fondunun”(həmin vaxt adı belə idi, sonrasa “Beynəlxalq Heydər Əliyev Forumu” adlandı) 1-ci diplomuna layiq görüldü.Ümumiyyətlə bugünədək dövlətçilimizin təbliğatından bəhs edən yazılarımın sayı-hesabı yoxdur.Bu gün Azərbaycan dövlətçiliyinin ikinci mətin qanadını xanım Mehriban Əliyeva təmin edir.Bu mənada Möhtərəm Cənab Prezident İlham Əliyev və 1-ci vitse- prezident xanım Mehriban Əliyeva haqqında yazdığım silsilə məqalələr, poema və şeirlər də ailəyə olan hədsiz məhəbbətimin təzahürüdür. Amma bütün bunlara rəğmən düz 10 ildir ki işsizəm.Düz 10 il öncə mən sevimli nazirimlə -Misir Mərdanovla xudahafizləşməli oldum.Bunun səbəblərini konkret bilmədiyimə görə nəsə demək fikrindən uzağam.Bircə onu bildim ki yeri boşaltmalıyam. Misir Mərdanovun mənə qarşı olan isti münasibətinin birdən-birə dəyişməsindən çox üzüldüm, amma ruhdan düşmədim.Bugünədək öz missiyamı davam etdirir, dövlətçiliyimizi və dünya siyasət meydanında liderlik statusu qazanan sevimli Prezidentimiz İlham Əliyevi, eləcə də onun xanımı Mehriban Əliyevanı təbliğ etməklə məşqulam.Misir Mərdanovasa cansağlığı, uzun ömür arzulayıram.Qeyd edim ki o,nazir vəzifəsindən işdən çıxanda bəlkə də hamıdan çox mən pərişan oldum.Ümumiyyətlə mənə görə pis adam yoxdur, zəif iradəli və möhkəm iradəli insanlar var.
VALEH MİRZƏ