MəşurlarÖlkəRəsmiSiyasət

TANRI MEHRİBAN ƏLİYEVANI AZƏRBAYCAN XALQINA ÇOX GÖRMƏSİN!

Bir 1 nəfər, oturmalı, eynək və içəridə şəkili ola bilər
Xanım Mehriban Əliyeva əzmkarlıq nümayiş etdirərək İlham Əliyevlə çiyin-çiyinə çalışır.Gənclərimizin fiziki, mədəni və mənəvi inkişafını təmin edən sahələrin dirçəlməsində onun 1-ci vitse prezident kimi əməyi həmişə müqayisəyə gəlməyən dərəcədə yüksək dəyərləndirilir. Səhiyyə, təhsil idman və mədəniyyət kimi sahələrin millətin normal inkişafini təmin edən vacib sahələr olduğunu nəzərə alsaq əminliklə demək olar ki, bu sahələrdə inqilabi yeniliklərə yalnız bu xanımın gərgin əməyi nəticəsində nail olunub.Mən hələ16 il öncə oxuculara təqdim etdiyim siyasi yazılarımda ölkənin siyasi həyatına nüfuz etmək qüdrətinə malik olan Mehriban Əliyevanı birmənalı olaraq Azərbaycan Dövlətçiliyinin ikinci vacib QANADINI təmin edən güclü və bacarıqlı XANIM LİDER kimi təqdim etmişəm.Görünən dağa bələdçi lazım deyil.On altı ildən artıqdır ki, o, dörd nazirliyin görməli olduğu mühüm işlərin çox qismini öz üzərinə götürüb və bu işin öhdəsindən də layiqincə gəlib.Ümumiyyətlə xanım Mehriban Əliyevanın dövlətçilik idarəetmə prinsiplərini, bu mürəkkəb prinsiplərə bir xanım lider olaraq necə yiyələndiyini dərindən öyrənməyə və idarəetmə məktəbi kimi təlqin etməyə ehtiyac var. Çünki o, öz əzmkarlığı, qətiyyəti, sağlam düşüncəsi ilə Azərbaycan qadınının Azərbaycan kişisi ilə bərabər dayanmağa, onunla çiyin-çiyinə çalışmağa, vuruşmağa haqqı, bacarığı, gücü, qüdrəti, statusu olduğunu bütün dünyaya bəyan etdi.Mehriban xanım bütün ölkələrin xalqlarını, xüsusilə ətraf qonşuları həmişə dinc və əminəmanlıq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşamağa çağırıb və bu sahədə ciddi addımlar da atıb.Məhz bu kimi ilahi hisslərə sahib olduğu nəzərə alınraraq artıq dünyaca məşhur olan 1-ci xanımımız 2019-cu ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “DOSTLUQ”ordeni ilə təltif olunub.Bu orden əslində mahiyyət etibarı ilə Azərbaycanın qadın siyasətçisinin dövlətlərarası münasibətlərin humanitar sahədə tənzimlənməsi istiqamətində parlaq roluna Rusiya kimi nəhəng bir dövlətinin siyasi rəhbərinin verdiyi olduqca yüksək dəyər idi. Bu ordenin təvəllüd günü ərəfəsində 1-ci xanımımıza təqdim olunması bir Azərbaycan oğu olaraq mənim də ruhuma ruh qatdı və gənclik illərimdə qayğıları üzərimdən əskik olmayan, mənim üçün əzizdən-əziz olan iki ədibin-Nəsir İmanquliyevin və Mir Cəlal Paşayevin nəsllərinin parlaq nümayəndəsi haqqında rus dilində yazdığım “Дочь Азербайджана” şeirimə Rusiyanın məşhur estrada ulduzu Serqiya Şamberə rus bəstəkarlarına mahnı yazdırmağı xahiş etdim və o da Mehriban xanıma olan hədsiz hörmət və ehtiramını gizlətməyərək dərhal təklifimi qəbul etdi və çox keçmədi ki,mahnı hazır oldu.Fasebook səhifəmdə Serqiya Şamberin prodyuseri mesengerə yazmışdı ki, artıq youtubda mahnını dinləyə bilərəm.
… Yaxından tanıyanlar, şəxsiyyətimə bələd olanlar yaxşı bilirlər ki, mən mənəviyyat adamıyam, həyatım boyu iştahla qəbul etdiyim dadlı qidalarım da elə həmişə söz olub və heç bir vaxt heç bir məqamda bu mənəvi qidanı dünyanın heç bir nemətinə dəyişməmişəm,vaxtında deyilən xoş sözün bal dadı ömrümə bəzək olub. Nə isə, həmin mahnını youtubda dinlədiyim gün təvazökarlıqdan uzaq olsa da deyəcəyəm; inanın ki, ayaqlarım yerdən üzülürdü, sanki göylərdə uçurdum. Bunun bircə sadə səbəbi var idi: Ölkənin ictimai-siyasi həyatı, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçilik ideyaları mütəmadi olaraq təhlil olunan yüzdən yuxarı siyasi məqalənin,poema və şeirlərin müəllifi olmasına baxmayaraq adı Vüqar Səfərlinin qara siyahısında başda olan, onun və havadarının bədxahlığı ucbatından indiyədək Əməkdar jurnalist fəxri adına da layiq görülməyən fədakar bir yazarın ölkənin birinci xanımı haqqında rus dilində səslənən mahnısı onu sevindirməyə bilməzdi. Nə yaxşı ki Mətbuat Şurasının sabiq sədri Əflatun Amaşov həmişə yazılarıma dəyər verib, məni darıxmamağa, haqqın nahaqq üzərində bir gün qələbə çalacağına ümid yaradıb…
Müstəqilli günümüz münasibətilə  parlaq surəti başımız üstündə günəş kimi bərq vuran 1-ci vitse prezidentimiz  xanım Mehriban Əliyevanı  sidqi ürəkdən  təbrik edirəm!
Tanrı millətimizi qorusun! Tanrı Azərbaycan Prezidenti İlham Əliyev cənablarını və xanım Mehriban Əliyevanı xalqımıza çox görməsin!
Valeh MİRZƏS