MəşurlarÖlkəSiyasətYeni xəbərlər

MÜSTƏQİLLİK -MİLLİ VARLIĞIMIZIN TƏVƏLLÜD GÜNÜ

Bir 2 nəfər və mətn şəkili ola bilər

Azərbaycan xalqı mili-mənəvi dəyərləri, əxlaqı, mətin iradəsi, quruculuq sahəsində qazandığı nailiyyətləri ilə həmişə dünyanın diqqətini diqqəti cəlb edib. Bu keyfiyyətlər canımızda, qanımızda olduğu üçün biz rus imperiyasının 70 illik ağır buxovundan azad olunandan sonra da qısa zaman kəsiyində öz varlığımızı, dünya xalqları sırasında mövcudluğumuzu sübut edə bildik.Sübut etdik ki biz müstəqil yaşamağa və yaratmağa , sərbəst surətdə inkişaf etməyə, özümüzü bütün sahələrdə təsdiqləməyə qadirik. Bu işdə bizə nəinki heç kim kömək etmədi, əksinə sağdan-soldan, uzaqdan-yaxından qazandığımız uğurlara sevinməyənlərin, gözü götürməyənlərin, haqq işimizi əngəlləməyə çalışanların da şahidi olduq.Ancaq ruhdan düşmədik, ancaq işıq gələn tərəfə iri addımlarla irəliləməyə çalışdıq, ölkəmizi yenidən qurduq, xarüqələr yaratmağa nail olduq.Nəzərə alsaq ki torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır,necə deyərlər, müharibə şəraitində yaşayırıq, bu şəraitdə bizdən yüksəkliyi qazanmaq üçün ikiqat əzmkarlıq, mətin iradə tələb olunurdu.Bəli,biz yalnız mübarizliyimizlə passivliyə, süstlüyə qalib gəldik və dünyanın gözü önündə hamıya nümunə göstəriləcək səviyyədə inkişaf etdik.Bu zirvəni fəth etməyimizin ən vacib şərti isə xalqımızın özünə rəhbər seçərkən yanılmaması oldu.Xalq öz müdrik lideri Heydər Əliyevi məqamında özünə rəhbər seçdi və Azərbaycanın ən yeni tarixi qələmlə deyil, söz meydanlarında deyil, gərgin əmək, zəhmət tələb edən sahələrdə yarandı.O dahi insanın iti ağlı,xalqına məhəbbət hissi, yüksək vətənpərvərlik keyfiyyətləri , hamını ruhlandırdı, Hamını Ulu Öndərin ətrafında sıx birləşməyə sövq etdi. Heydər Əliyev ilk növbədə birinci Qarabağ savaşında uğursuzluqlarımızın səbəblərini bənzərsiz çekistlik məharətindən bəhrələnərək dərindən təhlil etdi.Rusiya kimi nəhəng bir dövlətin himayədarlıq etdiyi Ermənistanla müharibəni davam etdirməyin bizə baha başa gələcəyini, daha çox rayonlarımızın əldən gedə biləcəyini düzgün ehtimal etdi və mövcud situasiyanı öz ağlının hərbi ekspertiziya süzgəcindən keçirtdi. 1968-ci ildə Çexoslovakiyada qazandığı təcrübə 1994-cü ildə öz bəhrəsini verdi və o, yalnız öz nüfuzu sayəsində Ermənistanla atəşkəsə nail oldu.Məlum məsələdir ki qalib tərəh heç vaxt bu təklifi asanlıqla qəbul etmir və Ermənistan da etmədi,çünki bu qarşı tərəfə güclənmək üçün zaman vermək, şərait yaratmaq demək idi.Amma Heydər Əliyev bəlkə də heç kimin təhlil dairəsinə sığmayan səviyyədə gedişlər etməklə həmin dövr üçün bu olduqca vacib olan məsənəni həll edə bildi.Təəssüflə qeyd etmək istəyirəm ki belə bir uğurlu müqaviləyə nail olduğuna görə Heydər Əliyevi alqışlamaq əvəzinə burnunun ucundan irəlini görməyən müxalifət qüvvələri yanlış fikirlər sərgiləməklə bu böyük siyasətçinin nüfuzuna xələl gətirmək istədilər.Tarix isə sübut etdi ki məhz Hedər Əliyevin atdığı o addım yeganə doğru seçim idi. Atəşkəsə nail olunduqdan sonra ordu quruculuğun həyata keçirmək vacib idi.Çünki düşmən düşmənliyində qalırdı və torpaqlarımızın 20 faizi onun əlində inildəyirdi. Heydər Əliyev qeyri neft sektorunun inkişafına start verdi və ələlxüsus gələcəkdə ölkəyə çoxlu valyuta axınını təmin etmək üçün dünyanı heyrətə gətirə biləcək bir layihələrin gerçəklənməsinə – Bakı -Tbilisi- Ceyhan neft kəmərinin , eləcə də Baki- Tbilisi-Qars qaz kəmərinin çəkilişinə nail ildu. Görülən bu tarixi işlər ölkədə ordu quruculuğunu həyata keçirmək üçün real mənbə oldu.Bəli ,məhz görülən bu işlərin bəhrəsidir ki bu gün Azərbaycan ordusu artıq NATO standartlarına cavab verir,dünyada terrorizmə qarşı mübarizədə onlarla bir cərgədə qəhrəmanlıq nümayiş etdirir.
Heydər Əliyevin anadan olmasının 95-illiyi münasibətilə keçirilən tədbirlərdə, elmi-praktik konfranslarda, mətbuatda yer alan siyasi, elimi-publisistik məqalələrdə sadalanan fikirlər sübut edir ki Azərbaycan xalqı öz xilaskar oğlunu daim yaddaşlarda yaşadacaq, onunla qürur hissi duyacaq, yetişməkdə olan gənc nəsillərin Heydər Əliyev həyat məktəbindən bəhrələnməsinə nail olacaqır.
Azərbaycan xalqı bir də ona görə xöşbəxt xalqdır ki Heydər Əliyev dünyasını qəfil dəyişəndən sonra onun gördüyü işlər yarımçıq qalmadı, xalq öz gələcək taleyini ata Əliyevin xilaskarlıq missiyasını davam etdirməyə qadir olan siyasi varisə-bu gün artıq dünya siyasət meydanında öz dəst-xətti ilə çeçilən İLHAM ƏLİYEVƏ etibar edib..
BU GÜN MÜSTƏQİLLİYİMİZİN, MİLLİ VARLIĞIMIZIN TƏVƏLLÜD GÜNÜDÜR. BU TARİXİ GÜN MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI, AZƏRBAYCAN XALQININ DÜNYA MİQYASINDA BƏNZƏRİ OLMAYAN SİYASİ LİDERİ İLHAM HEYDƏR OĞLU ƏLİYEVİ, QÜDRƏTLİ DÖVLƏTİMİZİN HÜMANİTAR SİYASƏTİNİ ƏZMKARLIQLA HƏYATA KEÇİRƏN 1-Cİ VİTSE PREZİDENT, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ XANIM MEHRİBAN ƏLİYEVANI ÜRƏKDƏN TƏBRİK EDİRƏM!
TANRI SİZİ QORUSUN!
VALEH MİRZƏ,
YAP ÜZVÜ,İLHAM ƏLİYEV İDEYALARININ FƏAL TƏBLİĞATÇISI