DünyaMəşurlarÖlkəSiyasət

BÖYÜK GÜCLƏR ÖZ DÖVLƏT MARAQLARI DAİRƏSİNDƏ BİRLƏŞİRLƏR

Şəkilin açıqlaması yoxdur.
Böyük dövlətlər böyük maraqlar nümayiş etdirirlər.Türkiyənin Rusiya ilə bu qədər yaxınlaşması qlobal prinsiplərin reallaşmasından xəbər verir.Rusiya üçün Türkiyə yaxın Şərqdə olduqca böyük əhəmiyyətə malik olan güc sahibləridir. Rusiya Suriyada öz maraqlarını Türkiyənin, eyni zamanda İranın dəstəyi ilə daha rahat reallaşdıra biləcəyinə əmindir.Eyni zamanda istər İran üçün, istərsə də Türkiyə üçün Qərbi şoka sala biləcək bu koalisiya olduqca vacibdir..Çünki nə Türkiyə, nə də İran qonşu dövlətdə-Suriyada Amerikanın iddia sahibi olmasını qəbul edə bilməzlər. Yəni tarix boyu Suriyada yüksək maraq sahibi olan Rusiya Amerikadan təhlükəsizliyini təmin etmək məqsədi ilə regionda iki güclü dövlət olan Türkiyə və İranla birləşməyə məhkumdur. Göründüyü kimi hər üç dövlətin maraq dairələri eyni Mərkəzdə- Suriyada birləşir və bu məsələ yalnız bu üç dövlət üçün kifayət qədər əhəmiyyətlidir.Belə bir məqamda qunşuluğumuzda baş tutan “toyun” bizə nə qədər aid olub-olmadığı barədə tələsik şərhlər vermək məncə ancaq siyasi savadsızlıq kimi qəbul edilə bilər.Bu üç dövləti birləşdirən mühüm prinsiplərin fonunda qarşılıqlı sövdələşmələrə uyğun olaraq Türkiyənin ərazisində Atom Elektrik Stansiyasının tikintisinin qabardılması özü də dünya siyasət meydanında diqqəti əsas hədəfdən yayındırmaq kimi qəbul oluna bilər.Əslində bu koalisiya 2016-cı ildə yaranmalı idi.Rusiya-Türkiyə münasibətlərində Qərbin səyi ilə qəfil yaranan süni anlaşılmazlıqlar bu məsələni yubatdı, amma Türkiyə prezidentinin dediyi kimi onlar buna sona qədər nail ola bilmədilər.İranla Amerika arasında uzun illərdir davam edən və səngimək bilməyən soyuq müharibə artıq Suriya ərazisində Türkiyəyə qarşı da regionda maraqlar çərçivəsində görünməkdə idi.Yəni, əslində bu üç dövlət-Rusiya, Türkiyə və İran öz dövlət təhlükəsizlikləri naminə Suriya ərazisində Qərb birləşmələrinə qarşı elan olunmamış müharibə şəraitində idilər Hər halda biz bu ittifaqa sevinməliyik və sevinirik də.Ancaq unutmamalıyıq ki bu böyük güclər Yaxın Şərqdə öz dövləıt maraqları dairəsində birləşirlər , Dağlıq Qarabağ münaqişəsinin həli ilə bağlı yox.Sadəcə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla Ermənistan arasında baş tuta biləcək gələcək sövdələşmələrdə bu İttifaqın müəyyən dərəcədə müsbət təsiri ola biləcəyinə ümid etmək olar.Görünənsə budur ki biz Ermənistanla müharibəyə hazırlaşmaqda davam etməliyik, çünki heç kim bizim əvəzimizə o torpaqları erməni faşistlərinin işğalından azad etməyəcək
VALEH MİRZƏ