MəşurlarÖlkəTənqidi

BU “TAC”IN ŞƏRƏFİNİ QORUMAQ LAZIMDIR!

Yaxın keçmişimizdə də Müəllim Günündə valideyinlər müəllimlər üçün pul yığardılar, indisə müasir dövrün tələblərinə uyğun olaraq bəzi paytaxt məktəblərində həmin “bayrampayını” şagirdlər özləri müəllimlərinə çatdırırlar. Cəmiyyətin əlçatmaz, ünyetməz qrupuna daxil olan bu insanlar bir vaxtlar bizim anlamımızda bam-başqa idilər.Şəxsən mən 4-cü sinfə gedənədək elə düşünürdüm ki müəllim çörək yemir, su içmir, onun başının arxasında da gözü olur və sairə.Elə bilirsiniz mən avam idim?! Xeyir, müəllim o qədər ilahi idi.Hətta gənc müəllim belə bir məclisə gələndə səksən yaşlı ağsaqqallar ayağa qalxardılar, deyərdilər filan müəllimdir, ayıbdır durmamaq..Onun bircə kəlməsi ilə küsülülər dərhal barışar, qız evi oğlan evinin əlini boş qaytarmazdı..Belə müəllimlərin ayaqlarının suyunu da içmək adamın ürəyincə olardı.Mən özüm də ixtisasca müəlliməm.Üç il də olsa sinfə girmişəm və ,müəllim-şagird ünsiyyətinin bal dadını dadmışam.Həmin illərin bircə gününü “Azərbaycan pioneri” və “Azərbaycan müəllimi” qəzitlərində baş redaktor olduğum 10 illərə dəyişmərəm. Kəndin bu başından o biri başına gedənədək 50 adamın hörmət və ehtiramla dolu salamını alardəım.
Müəllimlərə bu müqəddəs adı qorumağı arzulayıram.Bu adı daşıyanın hər bir səhvi həkimin ağ xalatında görünən ləkə qədər..qəbuledilməzdir..Bu “Tac”ın şərəfini qorumaq lazımdır
Valeh MİRZƏ
Bəyən

Şərh bildir