MəşurlarÖlkəTənqidi

MƏMURLAR, JURNALİSTLƏRLƏ DOST OLMAĞIN SİRRİNİ DAXİLİ İŞLƏR NAZİRİ VİLAYƏT EYVAZOVDAN ÖYRƏNİN …Niyə də öyrənməyəsiniz?!.Alicənab olun, vətəni, xalqı, dövləti, insanları sevin və keçin bizim tərəfə.Biz yaxşıları sevməyə, onların fəaliyyətini təbliğ etməyə həmişə hazırıq.Ölkə rəhbərinin qarşısında cücəyə dönüb, öz tabeçiliyində olanlarasa qənim kəsilən məmurlar bizim dostumuz ola bilməzlər.O nadanlar qanmırlar ki. İlham Əliyev məmurun bu tayından baxanda o tayını görür və onun hansı xislət sahibi olduğunu da qısa müddətdə müəyyənləşdirir. Bu məqalədə söz vermişdim ki, yaxşıların, dost saydığımız məmurların mənə bəlli olan tərəfləri barədə fikirlərimi sizinlə bölüşəcəyəm. Ancaq unutmamalıyıq ki. bir fərd çoxluq tərəfindən eyni ampluada qəbul olunmaya da bilər və bu,qəbulolunan haldır. Öncə ötən bu illərdə ölkə ictimaiyyətinin sevgi və rəğbət hissini qazanan Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov haqqında bir jurnalist olaraq müşahidə etdiyim məqamları diqqətinizə çatdıracağam. Bu məmurun fəaliyyət əmsalı təzadlı anlarla doludur. Polis sıralarına cinayət axtarışı sistemi kimi şərəfli, eyni zamanda təhlükəli bir sahədən başlayan nazir bu yüksək posta hər anı risklə dolu olan fəaliyyəti ilə addım-addım irəliləyib. Keçmiş həmkarlarının ürəkdolusu fikirlərini qəlbimin süzgəcindən keçirdikcə həm qürur hissi keçirirəm, həm də belə bir oğulu dünyaya gətirən bir anaya hədsiz məhəbbətimi gizlədə bilmirəm.Kaş bütün analar həmişə belə oğullar dünyaya gətirəydilər- Vilayət Eyvazov kimi cəsarətli, sədaqətli, andına sadiq olan oğullar.Xöşbəxt xalqıq ki, bizim qəhrəman analarımız məhz bu cür oğulları dünyaya gətirdilər və həmin oğullar anaların da, torpağın da, dövlətimizin də başını dünyanın gözündə uca etdilər. Daxili İşlər Naziri olmaq həmişə səngərdə olmaq deməkdir. Bu səngərdə bir an belə mürgüləmək olmaz.Bütöv bir xalqın rahat, problemsiz, sakit həyatını təmin edənlərin öz həyat tərzlərini göz önünə gətirəndə nələrin şahidi oluruq?! Onun şahidi oluruq ki, əgər biz rahat yatırıqsa, işləyirəksə, nə evdə, nə işdə qorxu ilə üz-üzə deyiliksə, bu, nəyin sayəsindədir.? Səhərləri açıq gözlə açan, soyuqda-qarda-sazaqda öz postunu bir an belə boş qoymayan polis qardaşlarımızın sayəsində.Əvvəlki Daxili İşlər Naziri Ramil Usubovun fəaliyyət dövrünə şübhəsiz kölgə salmaq fikrindən tam uzağam. Ramil Usubov Ümummili Lider Heydər Əliyevin və elə Möhtərəm cənab Prezident İlham Əliyevin də yüksək etimadlarını qazanan sayılıb-seçilən nazirlərimizdən idi və bu barədə daha geniş danışmaq, onun da fəaliyyət dövründə polis sistemində atılan uğurlu addımlara işıq salmaq olar. Ancaq etiraf etməliyəm ki, Vilayət Eyvazov Daxili İşlər Naziri təyin olunandan sonra sanki Azərbaycan polisinin ikinci nəfəsi açıldı.Polis özünə daha çox güvənməyə başladı, polis arxasında güc, qüvvət hiss etməyə alışdı. Bu, daim cinayətkar ünsürlərlə üz-üzə olan sahənin təmsilçiləri üçün olduqca vacib amildir. Vilayət Eyvazov Azərbaycan polisini özünə güvəncli etdi., polis arxasında möhkəm dayağın olduğunu hiss etdi, polis öz postunda cəngavərə döndü. Bu fikirlər şübhəsiz cənab nazirin xidməti sahədə qazandığı uğurlar barədədir. Amma biz jurnalistlərə, hər halda şəxsən mənə bu vətən övladını sevdirən başqa insani keyfiyyətləri də var və bu keyfiyyətlər çox məmurda yox dərəcəsindədir. Mən bir təcrübəli,bu sahədə kifayət qədər zəhməti olan qələm sahibi olaraq tam məsuliyyətimlə bəyan edirəm ki. Vilayət Eyvazov ölkə mətbuatında öz dəst-xətti ilə seçilən, daşıdığı ada, vəzifəyə hörmətlə yanaşan, ürəyi vətən eşqi ilə döyünən, dövlətini, xalqını, Prezidentini sevən hər bir həmkarımızın yaxın dostu, əziz qardaşıdır.Fəaliyyət sahələrimizin ayrı-ayrı olduğuna baxmayaraq o, çətin anlarımızda daim bizimlədir.Cənab nazir heç bir müraciətimizi cavabsız qoymur və bu isti münasibəti qorumağı tabeçiliyində olanlardan da tələb edir.

…Niyə də öyrənməyəsiniz?!.Alicənab olun, vətəni, xalqı, dövləti, insanları sevin və keçin bizim tərəfə.Biz yaxşıları sevməyə, onların fəaliyyətini təbliğ etməyə həmişə hazırıq.Ölkə rəhbərinin qarşısında cücəyə dönüb, öz tabeçiliyində olanlarasa qənim kəsilən məmurlar bizim dostumuz ola bilməzlər.O nadanlar qanmırlar ki. İlham Əliyev məmurun bu tayından baxanda o tayını görür və onun hansı xislət sahibi olduğunu da qısa müddətdə müəyyənləşdirir. Bu məqalədə söz vermişdim ki, yaxşıların, dost saydığımız məmurların mənə bəlli olan tərəfləri barədə fikirlərimi sizinlə bölüşəcəyəm. Ancaq unutmamalıyıq ki. bir fərd çoxluq tərəfindən eyni ampluada qəbul olunmaya da bilər və bu,qəbulolunan haldır.
Öncə ötən bu illərdə ölkə ictimaiyyətinin sevgi və rəğbət hissini qazanan Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov haqqında bir jurnalist olaraq müşahidə etdiyim məqamları diqqətinizə çatdıracağam. Bu məmurun fəaliyyət əmsalı təzadlı anlarla doludur. Polis sıralarına cinayət axtarışı sistemi kimi şərəfli, eyni zamanda təhlükəli bir sahədən başlayan nazir bu yüksək posta hər anı risklə dolu olan fəaliyyəti ilə addım-addım irəliləyib. Keçmiş həmkarlarının ürəkdolusu fikirlərini qəlbimin süzgəcindən keçirdikcə həm qürur hissi keçirirəm, həm də belə bir oğulu dünyaya gətirən bir anaya hədsiz məhəbbətimi gizlədə bilmirəm.Kaş bütün analar həmişə belə oğullar dünyaya gətirəydilər- Vilayət Eyvazov kimi cəsarətli, sədaqətli, andına sadiq olan oğullar.Xöşbəxt xalqıq ki, bizim qəhrəman analarımız məhz bu cür oğulları dünyaya gətirdilər və həmin oğullar anaların da, torpağın da, dövlətimizin də başını dünyanın gözündə uca etdilər. Daxili İşlər Naziri olmaq həmişə səngərdə olmaq deməkdir. Bu səngərdə bir an belə mürgüləmək olmaz.Bütöv bir xalqın rahat, problemsiz, sakit həyatını təmin edənlərin öz həyat tərzlərini göz önünə gətirəndə nələrin şahidi oluruq?! Onun şahidi oluruq ki, əgər biz rahat yatırıqsa, işləyirəksə, nə evdə, nə işdə qorxu ilə üz-üzə deyiliksə, bu, nəyin sayəsindədir.? Səhərləri açıq gözlə açan, soyuqda-qarda-sazaqda öz postunu bir an belə boş qoymayan polis qardaşlarımızın sayəsində.Əvvəlki Daxili İşlər Naziri Ramil Usubovun fəaliyyət dövrünə şübhəsiz kölgə salmaq fikrindən tam uzağam. Ramil Usubov Ümummili Lider Heydər Əliyevin və elə Möhtərəm cənab Prezident İlham Əliyevin də yüksək etimadlarını qazanan sayılıb-seçilən nazirlərimizdən idi və bu barədə daha geniş danışmaq, onun da fəaliyyət dövründə polis sistemində atılan uğurlu addımlara işıq salmaq olar. Ancaq etiraf etməliyəm ki, Vilayət Eyvazov Daxili İşlər Naziri təyin olunandan sonra sanki Azərbaycan polisinin ikinci nəfəsi açıldı.Polis özünə daha çox güvənməyə başladı, polis arxasında güc, qüvvət hiss etməyə alışdı. Bu, daim cinayətkar ünsürlərlə üz-üzə olan sahənin təmsilçiləri üçün olduqca vacib amildir. Vilayət Eyvazov Azərbaycan polisini özünə güvəncli etdi., polis arxasında möhkəm dayağın olduğunu hiss etdi, polis öz postunda cəngavərə döndü. Bu fikirlər şübhəsiz cənab nazirin xidməti sahədə qazandığı uğurlar barədədir. Amma biz jurnalistlərə, hər halda şəxsən mənə bu vətən övladını sevdirən başqa insani keyfiyyətləri də var və bu keyfiyyətlər çox məmurda yox dərəcəsindədir. Mən bir təcrübəli,bu sahədə kifayət qədər zəhməti olan qələm sahibi olaraq tam məsuliyyətimlə bəyan edirəm ki. Vilayət Eyvazov ölkə mətbuatında öz dəst-xətti ilə seçilən, daşıdığı ada, vəzifəyə hörmətlə yanaşan, ürəyi vətən eşqi ilə döyünən, dövlətini, xalqını, Prezidentini sevən hər bir həmkarımızın yaxın dostu, əziz qardaşıdır.Fəaliyyət sahələrimizin ayrı-ayrı olduğuna baxmayaraq o, çətin anlarımızda daim bizimlədir.Cənab nazir heç bir müraciətimizi cavabsız qoymur və bu isti münasibəti qorumağı tabeçiliyində olanlardan da tələb edir.
Şəkilin açıqlaması yoxdur.
MƏMURLAR JURNALİSTLƏRİN DOSTU OLA BİLMİRLƏR.
AMMA OLA BİLƏRLƏR
(ikinci məqalə)
Ötən yazımda mən məmurların jurnalistlərin dostu ola bilmədiklərini,ya olmaq istəmədiklərini və bunun səbəblərini təhlil etmişdim.Söyləmişdim ki, hər bir məmur jurnalistlərin dostu, hətta ən yaxın dostu ola bilər və bunun üçün dağa-daşa dırmaşmaq da vacib deyil.Həmin məmur sadəcə ilk növbədə daşıdığı insan adına layiq görünməlidir. İnsanınsa Allahın ən sevimli bəndəsi olduğu Qurani Kərimdə xüsusi ayələrdə ətraflı təsbit olunub.Əgər Allahın sevimlisi olan məmur –insan da ürəyində onu yaradana məhəbbət hissini öz əməlləri ilə təsdiqləyərsə- ətrafındakılarla xoş rəftar edərsə, ev yıxmazsa, baş kəsməzsə, vəzifə kreslosuna oturan kimi kərgədan xortumu buraxmazsa, öküz buynuzu çıxarmazsa, onda xoş olar o məmurun halına . Biz jurnalistlər məhz belələrinin dostuyuq, biz onlara nəinki heç vaxt ilişmərik, əksinə biz onları şər qüvvələrin təqibindən də qoruyarıq. Demək, əslində məmurlar jurnalistlərin dostu ola bilər və şükürlər olsun ki, belə alicənab məmurlarımız da, az da olsa, var. Az olan bu qəbildən olanları tam haqla xöşbəxt adamlar adlandırmaq olar. Təsəvvür edin, biri böyük vəzifələrdə işləyir,dövlətin də, xalqın da, biz jurnalistlərin də canlı yaddaş dəftərçəsində seçilmişlərdən sayılır, həm özünə və ailəsinə, həm də ətrafdakılara müsbət emosiyalar ötürməklə tarixin qırmızı kitabında özünə yaşıl guşə yaradır.
Qloballaşmaya doğru marafon yürüşünə start verilən gündən ölkənin siyasi nənzərəsində qəribə tendensiyaların da şahidi olmağımız bizi bir az da ümidsizləşdirir.Təsəvvür edin:təmiz adamları, dürüst insanları biz xarici ölkələrdə təhsil alıb müxtəlif peşələrə jiyələnənlər arasında axtarırıq.Hansı məntiqlə?!.Ulu babaları öküzə, ilan-qurbağaya , dağa-daşa sitayiş edənlərin təlimi altında formalaşan təcrübəsiz kadrlar bizə nə verə bilər?! Azərbaycan mentalitetinə yad intellektlə hansı ümidləri doğrultmaq olar?! Gecə-gündüz püskürürük ki, biz böyük xalqıq , biz türkük, müsəlmanıq, Allaha ən yaxın bəndələrik, elə deyilmi?! Və düz də deyirik. Belə olan halda öz aramızda olan nadürüstləri islah etmək, düz yola qaytarrmaq, onları haqqı nahaqqa verməməyə alışdırmaq nə çətin iş olub ki! Bizə pis vərdişlərimizi özümüzdən savayı kim tərgizdirə bilər?! Rüşvət vermək və rüşvət almaq kimi sindromu, stereotipi bizim beynimizdən bizdən başqa kim silib-süpürə bilər? Jurnalistlərin dostu kim olmaq istəyirsə o, güzgüdə özünü düz görməyi bacarmalıdır, xalqını, dövlətini sevməlidir, əli də vicdanı da təmiz olmalıdır.
( Növbəti məqaləmdə jurnalistlərin bir neçə yaxın dostu barədə söhbət açaraq sübut edəcəyəm ki, bizim dostumuz olmaq asandır, sadəcə buna layiq olmağı bacarmaq lazımdır)
Valeh MİRZƏ
“KOBRAMEDİA.AZ”
Şəkilin açıqlaması yoxdur.
Bütün reaksiyalar:

Əfsər Huseynov

Bəyən

 

Şərh bildir