MəşurlarÖlkəSatirik.Yumoristik

KİRPİ QAĞA, REYDƏ ÇIX…

Gün hələ də batmamış,
İş yarıya çatmamış,
Rəis yarım atmamış
İşdə görünməzdi ki!
Nə ölüdür, nə diri,
Keflə sürür ömürü,
Binaların təmiri
Yoxsa sürünməzdi ki!
Toyda qara geyəndi,
Yasda sağlıq deyəndi,
Qusduğunu yeyəndi,
Nəfsi irinməzdi ki!
Şaxələnib tağ kimi,
İşi gedir yağ kimi
Arxası var dağ kimi,
Nəsli kürünməzdi ki!
Bu məkanda azan çox,
Bu məkandan yazan yox,
Kirpi qağa, reydə çıx,
Müxbir ərinməzdi ki!
Şəkilin açıqlaması yoxdur.
Bəyən

Şərh bildir