İQTİSADİ YÜKSƏLİŞ ORDU QURUCULUĞUNA TƏKAN VERDİ.
.Bu, başqa cür ola da bilməzdi. Güclü silah arsenalına və hərbi potensiala malik olan bir ordu yaratmaq üçün ilk öncə ölkənin iqtisadiyyatını dirçəltmək tələb olunurdu. Və əgər nəzərə alsaq ki, müasir tipli hərbi texnikalar-təyyarələr, tanklar, uzaqvuran toplar, döyüş sursatları, ümumiyyətlə müharibə aparmaq üçün lazım olan nə varsa hamısını almaq üçün dövlətə ilk növbədə maliyyə vəsaiti gərəkdir, onda birmənalı olaraq ilk öncə ölkədə iqtisadiyyatı dirçəldən islahatlara start vermək lazım idi.
1991-92-ci illərdəsə Azərbaycan hakimiyyəti bu mühüm məsələni həll etmək iqtidarında deyildi. Bir yandan torpaqlarımız erməni qəsbkarları tərəfindən təcavüzə məruz qalmışdı, digər tərəfdən də dırnaqarası liderlərin rəhbərliyindən narazı qalan, hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərən silahlı birləşmələr son nəticədə ölkəni xaotik bir vəziyyətə gətirib çıxartmışdılar.
Nəticədə cəbhəboyu bir-birinin ardınca baş verən uğursuzluqlar yaşayış məskənlərimizin düşmənə təhvil verilməsi ilə sona yetirdi. Şübhəsiz bütün bunlar eyni zamanda zəif komandalığın səriştəsizliyi ucbatından baş verirdi. Ayrı-ayrı rayonların vətənpərvər, igid oğullarından ibarət olan könüllülər batalyonları döyüşlərdə düşmənə qan uddursalar da son nəticə ürəkaçan olmurdu. Hələ bu azmış kimi o dövrün hərbi liderləri sayılan Sürət Hüseynov və Əlikram Hümbətov rəhbərlik etdikləri hərbi birləşmələri döyüş bölgələrindən çıxararaq Bakıya və Lənkərana üz tutdular.
Məqsəd aydın idi: Biri paytaxtda hakimiyyət çevrilişi etmək, digərisə Azərbaycanı parçalamaq niyyəti güdürdü. Vəziyyət olduqca dramatik idi. Azərbaycan Dövlətçiliyi yox olmaq təhlükəsi qarşısındaydı. Belə bir kritik məqamda xalq öz liderinə üz tutdu. Heydər Əliyev hakimiyyətə gəlmək niyyəti ilə deyil, ömrü boyu xidmət etdiyi doğma xalqını bu bəladan xilas etmək məqsədilə ziyalıların təklifini qəbul etməli oldu. Bu gün Azərbaycan xalqı da, onun dünənki acı tarixini yazanlar da yaxşı bilirlər ki, əgər Heydər Əliyev bu təklifi qəbul etməsəydi və öz xeyirxahlıq missiyasını yerinə yetirməsəydi, zavallı millətimizin gələcək taleyi sual altında qalardı. Şükürlər olsun ki, o böyük insan bu təklifi ürək ağrısı ilə qəbul etdi, bir neçə il öncə qapıları üzünə bağlı olan paytaxtda gül-çiçəklə qarşılandı və Azərbaycana rəhbərlik etməyə başladığı gün Qurtuluş Günü kimi tarixin yaddaşına həkk olundu.
Olduqca dəhşətli olan bu situasiyadan çıxmaq üçün müdrik dövlət xadimi dövrün tələblərinə uyğun olan yeni qanunların qəbul olunmasını, iqtisadi sahədə məqsədyönlü islahatların aparılmasını vacib saydı. Eyni zamanda qonşu İran, Türkiyə, Rusiya kimi güclü dövlətlərlə isti münasibətləri bərpa etmək lazım idi. Çünki məhz həmin vaxt Azərbaycanın bu böyük dövlətlərin siyasi dəstəyinə ehtiyacı çox idi. Bu elə bir zaman idi ki, güclər bərabər olmayan döyüşlərdə dəyərli oğullarımızı itirməkdə davam edirdik. Odur ki, təcili olaraq ordu quruculuğuna start vermək lazım idi. Bunun üçünsə Heydər Əliyev nəyin bahasına olursa olsun ilk növbədə atəşkəsə nail olmalı idi. 1994-cü ilin may ayında o, çətinliklə olsa da buna nail ola bildi.
Özünün bir vaxt söylədiyi “ Iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” devizini rəhbər tutaraq o vaxtlar heç kimin ağlına belə gəlməyən bir layihənin- uzunmüddətli neft kontraktlarının bağlanmasını gerçəkləşdirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı –Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması böyük tarixi hadisə, ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının təntənəsi, bütövlükdə Azərbaycanın müstəqil ölkə kimi yaşamasını onilliklər, əsrlər boyu təmin edən mühüm amil oldu. Ulu öndər milli neft konsepsiyasını işləyib hazırlayarkən uzaqgörənliklə demişdi ki:”… neft Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, xalqın rifahının yüksəldilməsi və Ordu Quruculuğu kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü vasitədir və ən əlverişli mənbədir”.
Yaxın gələcəyə hesablanan bu kontrakt “Əsrin müqaviləsi” statusu qazandı, neftimiz və qazımız Avropa bazarlarına çıxarıldı.İqtisadiyyatın başqa sahələrində də qazanılan uğurların nəticəsində ilbəil artan büdcəmiz zəmin yaratdı ki, yeni güclü, milli ordu yaradılsın.
Bu gün artıq Azərbaycan Ordusu ən müasir silahlara, ən güclü və davamlı hərbi texnikalara malikdir. Və düşmən tərəf çox gözəl bilir ki, əgər biz yenidən müharibəyə cəlb olunarıqsa bəlkə də bu, erməni millətinin tarixin səhnəsindən birdəfəlik silinməsi ilə nəticələnə bilər. Çünki bu gün Azərbaycana rəhbərlik edən siyasi varis – İlham Əliyev dövlətçiliyin yeni tarixini öz əlləri, öz əzəməti ilə yazıb və ordu quruculuğunda misilsiz uğurlara imza atıb. Əzəli ümummilli lider Heydər Əliyev tərəfindən qurulan, bu gün möhtəşəmliyi ilə NATO standartlarına tam cavab verən Azərbaycan Ordusu öz hərbi potensialına və döyüşkənlik ruhuna görə məğlubedilməzdir. Bu, birmənalıdır və bunu hamıdan yaxşı erməni terror quruplaşmalarının rəhbəri bilir..
Söz yox ki yaxın gələcəkdə bu münaqişəyə son qoyulacaq, halal torpaqlarımız məhz zorumuzla geri alınacaq, Ali Baş Komandanımız İlham Əliyev tarixin və Azərbaycan xalqının yaddaşında əbədi olaraq Milli Lider kimi yaşayacaq, dünya miqyaslı terrorçu erməni liderlər isə öz xalqlarının və dünya xalqlarının dilində lənətlənəcəklər. .