PREZİDENTİN ŞƏRƏF VƏ LƏYAQƏTİ ŞƏRƏFİMİZ VƏ LƏYAQƏTİMİZDİR!
Ölkə rəhbəri və onun ailə üzvləri birmənalı olaraq toxunulmazdır.Onların şərəfini qorumaq hər birimizin borcurur.Youtubda yerləşdirilən hədyanı çıxışların müəllifləri öz danışıqlarına fikir verməlidirlər.İlham Əliyev Azərbaycanı dünya məclislərində dərin ağılla, aydın təfəkkürlə təmsil edən bir liderdir..O, qurucu, yaradıcı dövlət rəhbəridir.XXI-ci əsr dünya tarixində ona bərabər sayıla biləcək siyasətçi yetişməyib.Əhalisinin sayı və ərazisi on dəfələrlə böyük olan dövlətlərin cərgəsinə Azərbaycanı İlham Əliyev qaldırıb.Beynəlxalq səviyyəli mədəni-kütləv tədbirlərin, idman və musiqi yarışmalarınin, hətta böyük dövlətlərin siyasi sövdələşmələrinin həyata keçirilməsi üçün məhz Azərbaycanın ən rahat yer seçilməsi heç də təsadüfi olmayıb. Heç kim bizim qara gözlərimizə aşiq deyil.Bütün dünya İlham Əliyevin daxili və xarici siyasətinin, ölkədə yaratdığı əminəmanlığın, sabitliyin çiçəklənən qüdrətli Azərbaycanın vurğunudur.Məhz onun yürütdüyü dolğun siyasətin nəticəsində Azərbaycan dörd tərəfdən əhatə olunduğumuz dövlətlərin fonunda işıqlı, nurlu bir mayaka,əminəmanlıq adasına çevrilib.Biz öz Prezidentimizi lazım olduğu qədər təbliğ etmirik, dünya mətbuatı bu nurlu şəxsiyyəti bizdən qat-qat artıq təbliğ edir.Bəlkə də bunun səbəbi ondadır ki İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər uzaqdan daha aydın, daha qabarıq görünür.Və bütün bunlar bizim hamımızın ünvanına yazılır.İlham Əliyev Azərbaycan üçün, Azərbaycan xalqı üçün çalışır, və bu yolda əzəmət nümayiş etdirir.
Prezidentimizin və onun ailə üzvlərinin ünvanına yabançı fikirlər, insan şərəf və ləyaqətini alçalda biləcək ifadələr işlədən hər bir şəxs milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq hamımızın qatı düşməni olmalıdır və şəxsən mənim qatı düşmənimdir.Əgər bu şəxs Azərbaycanlı adını daşıyırsa, demək onun milli mənsubiyyəti sual altındadır və o,VƏTƏN XAİNİDİR!
“KOBRAMEDİA.AZ”
Bütün reaksiyalar:
Arif Aliyev