ƏdabiyyatMəşurlarÖlkə

ŞAİR ÖMRÜ YAŞADIM

Ay ana, bir məsəl var:
“Zamana,ay zamana…”
Dalısını yazmıram,
Kim qanmaya, kim qana.
Bir məsəl də var, ana:
“Qalsa da torpaq altda,
Qiymətini itirməz
Qızıl heç vaxt həyatda.
Zamanın süzgəcindən
Süzülür müdrik kəlam-
Zülmətə saçmaz işıq,
Yanıb əriməsə şam.
Zillətə,məşəqqətə
Dözəcəyəm sonacan,
Sən ki şair doğmusan,
Şair ölmür, anacan!
Dağdan da qüdrətliyəm,
Sudan da pakdır adım.
Şair doğmuşdun məni,
Şair ömrü yaşadım.
VALEH MİRZƏ