Ay: Oktyabr 2023

MəşurlarÖlkəTənqidi

MƏMURLAR, JURNALİSTLƏRLƏ DOST OLMAĞIN SİRRİNİ DAXİLİ İŞLƏR NAZİRİ VİLAYƏT EYVAZOVDAN ÖYRƏNİN …Niyə də öyrənməyəsiniz?!.Alicənab olun, vətəni, xalqı, dövləti, insanları sevin və keçin bizim tərəfə.Biz yaxşıları sevməyə, onların fəaliyyətini təbliğ etməyə həmişə hazırıq.Ölkə rəhbərinin qarşısında cücəyə dönüb, öz tabeçiliyində olanlarasa qənim kəsilən məmurlar bizim dostumuz ola bilməzlər.O nadanlar qanmırlar ki. İlham Əliyev məmurun bu tayından baxanda o tayını görür və onun hansı xislət sahibi olduğunu da qısa müddətdə müəyyənləşdirir. Bu məqalədə söz vermişdim ki, yaxşıların, dost saydığımız məmurların mənə bəlli olan tərəfləri barədə fikirlərimi sizinlə bölüşəcəyəm. Ancaq unutmamalıyıq ki. bir fərd çoxluq tərəfindən eyni ampluada qəbul olunmaya da bilər və bu,qəbulolunan haldır. Öncə ötən bu illərdə ölkə ictimaiyyətinin sevgi və rəğbət hissini qazanan Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov haqqında bir jurnalist olaraq müşahidə etdiyim məqamları diqqətinizə çatdıracağam. Bu məmurun fəaliyyət əmsalı təzadlı anlarla doludur. Polis sıralarına cinayət axtarışı sistemi kimi şərəfli, eyni zamanda təhlükəli bir sahədən başlayan nazir bu yüksək posta hər anı risklə dolu olan fəaliyyəti ilə addım-addım irəliləyib. Keçmiş həmkarlarının ürəkdolusu fikirlərini qəlbimin süzgəcindən keçirdikcə həm qürur hissi keçirirəm, həm də belə bir oğulu dünyaya gətirən bir anaya hədsiz məhəbbətimi gizlədə bilmirəm.Kaş bütün analar həmişə belə oğullar dünyaya gətirəydilər- Vilayət Eyvazov kimi cəsarətli, sədaqətli, andına sadiq olan oğullar.Xöşbəxt xalqıq ki, bizim qəhrəman analarımız məhz bu cür oğulları dünyaya gətirdilər və həmin oğullar anaların da, torpağın da, dövlətimizin də başını dünyanın gözündə uca etdilər. Daxili İşlər Naziri olmaq həmişə səngərdə olmaq deməkdir. Bu səngərdə bir an belə mürgüləmək olmaz.Bütöv bir xalqın rahat, problemsiz, sakit həyatını təmin edənlərin öz həyat tərzlərini göz önünə gətirəndə nələrin şahidi oluruq?! Onun şahidi oluruq ki, əgər biz rahat yatırıqsa, işləyirəksə, nə evdə, nə işdə qorxu ilə üz-üzə deyiliksə, bu, nəyin sayəsindədir.? Səhərləri açıq gözlə açan, soyuqda-qarda-sazaqda öz postunu bir an belə boş qoymayan polis qardaşlarımızın sayəsində.Əvvəlki Daxili İşlər Naziri Ramil Usubovun fəaliyyət dövrünə şübhəsiz kölgə salmaq fikrindən tam uzağam. Ramil Usubov Ümummili Lider Heydər Əliyevin və elə Möhtərəm cənab Prezident İlham Əliyevin də yüksək etimadlarını qazanan sayılıb-seçilən nazirlərimizdən idi və bu barədə daha geniş danışmaq, onun da fəaliyyət dövründə polis sistemində atılan uğurlu addımlara işıq salmaq olar. Ancaq etiraf etməliyəm ki, Vilayət Eyvazov Daxili İşlər Naziri təyin olunandan sonra sanki Azərbaycan polisinin ikinci nəfəsi açıldı.Polis özünə daha çox güvənməyə başladı, polis arxasında güc, qüvvət hiss etməyə alışdı. Bu, daim cinayətkar ünsürlərlə üz-üzə olan sahənin təmsilçiləri üçün olduqca vacib amildir. Vilayət Eyvazov Azərbaycan polisini özünə güvəncli etdi., polis arxasında möhkəm dayağın olduğunu hiss etdi, polis öz postunda cəngavərə döndü. Bu fikirlər şübhəsiz cənab nazirin xidməti sahədə qazandığı uğurlar barədədir. Amma biz jurnalistlərə, hər halda şəxsən mənə bu vətən övladını sevdirən başqa insani keyfiyyətləri də var və bu keyfiyyətlər çox məmurda yox dərəcəsindədir. Mən bir təcrübəli,bu sahədə kifayət qədər zəhməti olan qələm sahibi olaraq tam məsuliyyətimlə bəyan edirəm ki. Vilayət Eyvazov ölkə mətbuatında öz dəst-xətti ilə seçilən, daşıdığı ada, vəzifəyə hörmətlə yanaşan, ürəyi vətən eşqi ilə döyünən, dövlətini, xalqını, Prezidentini sevən hər bir həmkarımızın yaxın dostu, əziz qardaşıdır.Fəaliyyət sahələrimizin ayrı-ayrı olduğuna baxmayaraq o, çətin anlarımızda daim bizimlədir.Cənab nazir heç bir müraciətimizi cavabsız qoymur və bu isti münasibəti qorumağı tabeçiliyində olanlardan da tələb edir.

…Niyə də öyrənməyəsiniz?!.Alicənab olun, vətəni, xalqı, dövləti, insanları sevin və keçin bizim tərəfə.Biz yaxşıları sevməyə, onların fəaliyyətini təbliğ etməyə həmişə

Read More