ƏdabiyyatMəşurlarÖlkə

QARA QIZ ( Lirik mahnı)

Hər kəsə açıq

Belə qaş görməmişəm.
Hər bir “Ay”. qara qız,
Bu gözəl cazibəni
Kim verib pay, qara qız?!
Dörd bir yanım sonadır,
Hərəsi bir anadılr,
O qızlar bir yanadır,
Yox sənə tay, qara qız.
Nəqarət:
Qara üzdə qara xal,
Qara gözdə qara xal,
Yaraşıqdır yara xal,
Xallı qız, ay qara qız!
Gəlin ol bizim evdə,
Qoy qalsın gözüm evdə,
Yoxdur əvəzin evdə,
Yox sənə tay, qara qız!
Dodağı balkimisən,
Yanağı alkimisən,
Dindirsəm, lal kimisən,
Dözmürəm day, qara qız.
Nəqarət:
Qara üzdə qara xal,
Qara gözdə qara xal,
Yaraşıqdır yara xal,
Xallı qız, ay qara qız!