TÜRK TÜRKÜN DAR GÜNÜNDƏ SEYRÇİ QALA BİLMƏZ!
Tükəmməz qüdrətimi Tanrı bəyan eylədi,
Bəli,Türk əqidəsi, Türk hikkəsi belədi!
Dilimiz, dinimiz bir, hədəfimiz bir olub,
Ən çətin məqamlarda Türk Türklə əlbir olub.
Çoxdur birliyimizi gözü götürməyənlər,
Çoxdur Türkün üstünə sağdan, soldan hürənlər.
Türk yaltaq ola bilməz, Türk qorxaq ola bilməz!
Türk Türkün dar günündə seyrçi qala bilməz!
Atatürkün məzarı atəşə dönər onda,
Heydərin ümidləri puç olar, sönər onda.
Düşmənə qan udduran Nuru Paşa qan ağlar,
Həm Türkiyə ağlayar, həm Azərbaycan ağlar.
Devizə çevrilibdir sözü liderimizin,
Bunu bəyan eylədi özü liderimizin.
Tarixi nişanədir “Bir millət, iki dövlət”,
Biz bir qazan içində qaynayan iki nemət
Nə Şimaldan, nə Qərbdən qorxumuz-hürkümüz var,
Qələbə əzmindəyik, meydangir Türkümüz var.
Yolumuz haqqa doğru, Tanrı qorudu bizi,
Biz türkük, basılmadıq, sevdik bir-birimizi,
Əzdik erməni adlı rəzil düşmənimizi!
Bütün reaksiyalar:
Shemsiye Kerimova, Bayram Mustafayev və başqa 4 nəfər
Paylaş