ƏdabiyyatMəşurlarÖlkə

SATQINLAR ( Arxiv)

..Bəli, son olaylar, bu olaylara qarşı sosial mediada və çap mətbuatında səslənən fikirlər bir daha sübut etdi ki jurnalistlər İlham Əliyevin əsil sadiq dostlarıdır, özü də təmənnasız dostları.Bilirsiniz, təmənnalı dostların yazdıqları da dayaz düşüncənin məhsulu olur, bəsit görünür.Bar-bar bağırırlar ki Prezident jurnalistləri özündən asılı edib; onlara pulsuz ev verir, mətbəələrə olan borclarını bağışlayır, orden və medallar verməklə dillərini qısaldır.Əgər boğazdan yuxarı deyilən bu iftiralar həqiqətə uyğun olsaydı inanın ki mən də həmin fikirlərə dəstək olardım.Ancaq, çox təəssüflər olsun ki ölkə rəhbərini – bütöv bir xalqın qüdrətini nümayiş etdirən, millətinə, bütövlükdə insanlığa yönələn hədsiz məhəbbətinin təntənəsi olaraq həyata keçirtdiyi irimiqyaslı layihələrə rəğmən nəinki CənubiQafqazda,bütövlükdə dünya siyasət meydanında Lider statusu qazanan dünyəvi şəxsiyyəti aşağılayan çıxışları ilə hədsiz nifrətimizi qazanan bu ermənipərəst qüvvələr mənim tənqid hədəfimdən sovuşa bilməzlər.İnkişaf olan yerdə nöqsanların da mümkün olduğu qəbulediləndir.Cəmiyyət ayrı-ayrı fərdlərin bütöv bir toplumu olduğu üçün xarakterlər, əqidələr,inanclar da başqadır.Bir ananın bətnindən çıxan, eyni mühitdə tərbiyə olunuan övladların biri xaraktercə digərindən fərqli olur. Fizioloji və psixoloji amillər insanın fərdi keyfiyyətlərini təzahür etdirir.Ölkə təkcə birinci şəxs tərəfindən idarə olunmur, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan qanunlara əsasən vəzifə bölgüləri var və həmin vəzifələri icra edən şəxslər öz fəaliyyətlərinə görə məsul şəxslərdir.Əgər bir vəzifə sahibi ona etibar olunan sahədə etimadı doğrultmursa, yaxud qanun pozuntularına, cinayət xarakterli əməllərə qol qoyursa məhz bu şəxs mühakimə olunmalı,qanun qarşısında cavab verməli, yeri gələrsə biz jurnalistlərin də tənqid hədəfinə tuş gəlməlidir.1994-95-ci illərdə ölkəmizin başı üstünü qara buludlar aldığını və bu olduqca ağlasığmaz situasiyadan Heydər Əliyevin dərin siyasəti nəticəsində qurtulduğumuzu heç birimiz unutmamışıq.Qatı düşmənimiz olan ermənilərlə ölüm-dirim savaşında olduğumuz bir məqamda cəbhə xəttindən ordunun əsas döyüşkən hissəsini dövlət çevrilişi etmək məqsədilə paytaxta yönəldənlər də eyni xislət sahibləri idilər.Dövlət çevrilişi etməklə hakimiyyətə gəlmək iddiasında olanların son aqibətləri də gözlərimiz önündədir.Ancaq son nəticədə tək hakimiyyət hərisləri uduzmadılar, ən çox uduzan elə məhz Azərbaycan xalqı, Azərbaycan dövləti oldu..Müxtəlif ordu birləşmələri döyüş xətlərini tərk etdiyi halda ermənilər demək olar ki maneəsiz olaraq bir-birinin ardınca rayonlarımızı zəbt etməyə başladılar.Sonra isə müxalifət qüvvələri imansızcasına Heydər Əliyevi ittiham etməyə başladılar ki onun hakimiyyəti dövründə daha çox rayonumuz işğala məruz qaldı. Görürsünüzmü, rayonlarımızın əldən getməsinə şərait yaradan qüvvələr sonda kimi suçlamağa başladılar.Bu gün də həmin ssenari təkrar olunur.Amma daxili düşmənlərimiz qanmırlar ki bu gün Azərbaycan ordusu ayrı-ayrı könüllü batalyonlardan ibarət deyil,Bu gün ordumuz düşməni göz qırpımında yerlə yeksan etməyə qadirdir.Bu, nəyin bahasına əldə olunub?! Əlbəttə, düzgün aparılan ordu quruculuğunun hesabına, hərbi sənayemizin qüdrəti hesabına, iqtisadiyyatımızın inkişafı hesabına, bir sözlə dövlət siyasətinin təntənəsi hesabına.Bizim ən böyük savaşımız hələ qarşıdadır, əldən gedən torpaqlarımızın geri qaytarılması labüddür.Siyasi sövdələşmələr bəhrə vermədiyi halda biz torpaqlarımızı ordumuzun gücü ilə azad edəcəyik, bu, bizin alın yazımızdır və bu məsələni heç vəhclə gələcək nəsillərin öhdəsinə buraxa bilmərik. Milli birliyə, həmrəyliyə daha çox ehtiyac duyulan bir zamanda xalqımızı, dövlətimizi, Prezidentimizi aşağılayan çağırışlar etmək millətimizə başucalığı gətirə bilməz.Ayrı-ayrı qruplara bölünüb müxtəlif ölkələrə səpələnməklə milli heysiyyatımıza toxunan çıxışlar etməyə start verən qüvvələr meşə çaqqallarını xatırladırlar.İlham Əliyevi bütün dünya tanıyır və bütün dünya da onu lider Prezident kimi dəyərləndirir.Hətta erməni mətbuatında belə ağlı başında olan siyasətçilər Dağlıq Qarabağ savaşında Ermənistan ordusunun məhv olunacağını israrla isbat edirlər.Bu, İlham Əliyevin böyük siyasi xadim olduğunu təsdiqləmirmi?!
Prezident seçkiləri ərəfəsində dünyanın bütün qütblərində ruhumuzu yüksəldən, ovqatımızı zənginləşdirən çıxışlar etmək əvəzinə bütöv bir milləti aşağılayan çağırışlar etmək kimin dəyirmanına su tökməklə nəticələnir? Əlbəttə ermənilərin və ermənipəst qüvvələrin.Adını Azərbaycanlı qoyub vətəninə xəyanət edənlərə hansı adı qoyaq indi biz?! SATQINLAR! SATQINLAR! SATQINLAR!
“KOBRAMEDİA.AZ”