ƏdabiyyatMəşurlarÖlkəUncategorized

DAŞDAN ÇIXAN ÇÖRƏYİM

Valeh MİRZƏ: Qurtuluşumuzun Təvəllüd Günü » ZİM.Az | "ZİYA ...
DÜŞMƏNÇİLİK QOXUSU
GİZLİ SAVAŞDAN GƏLİR.
USTALIQLA VURURSAN,
ZƏRBƏN O BAŞDAN GƏLİR.
GİRİRSƏN DONDAN-DONA,
ZÜLMÜN YETMƏYİR SONA.
UĞURSUZLUQ QOYUNA
AĞILSIZ BAŞDAN GƏLİR.
BAX GÜZGÜDƏ ÖZÜNƏ-
ŞEYTAN QONUB GÖZÜNƏ,
DÜZ DÜŞMÜŞƏM İZİNƏ;.
HAQQIN OBAŞDAN GƏLİR.
MEYDANLARDA BİŞMİŞƏM,
KİŞİTƏK DÖYÜŞMÜŞƏM
DEMƏ HALDAN DÜŞMÜŞƏM,
SƏSİM YAVAŞAN GƏLİR.
TANRIYLADIR ÜRƏYİM,
ODUR ARXAM- DİRƏYİM,
DAŞDAN ÇIXAN ÇÖRƏYİM
QURU MAAŞDAN GƏLİR.