DünyaMəşurlarÖlkəSiyasət

Arayik Arutyunyanla bu aktrisa arasında qalmaqal yarandı…

Arayik Arutyunyanla bu aktrisa arasında qalmaqal yarandı...
Ermənistanda aktrisa Anais Sardaryanın yaratdığı könüllülər dəstəsi artıq bu günlərdə  Qarabağdan köçmüş 67 minə yaxın erməniyə yardım göstərə biliblər. Lakin həmin qurum hər cür pul yığımını istisna edir. Onlar ərzaq, gigiyena vasitələri, oyuncaqlar və paltarlar şəklində yardım göstərir, həmçinin  köçkünlər üçün otellərdə mənzillər və yerlər tapırlar.
“Kobramedia.az”ın yazdığına görə Moderator.az xəbər verir ki, aktrisa Anais Sardaryan bu haqda “Hraparak” müxbiri ilə söhbətində danışıb.
 Aktrisa təəssüflə bildirib ki, baş nazirin aparatının rəhbəri olan Arayik Arutyunyan ötən gün könüllülər düşərgəsinin ərazisindən keçərkən onları məsxərəyə qoyaraq “Onlara baxmayın, xeyriyyəçiliklə məşğuldurlar”-deyib.
Aktrisa müsahibəsində həmin tədbirdə iştirak etmədiyini, əks halda Arutyunyanın mütləq layiq olduğu cavabı alacağını bildirib. “Könüllülərimizin yanından keçən həmin şəxs xeyriyyəçiliklə məşğul olduqlarını deyərək bizimkiləri ələ salıb. Heyif ki, orda olmamışam, yoxsa bir-iki şirin söz alacaqdı”, – deyə aktrisa vurğulayıb.
S. Laçın