MəşurlarÖlkəSiyasət

“Qarabağdakı sülhməramlıların sayı, ən azı, yarıya qədər azaldılacaq…”- Rusiyalı şərhçi

“Qarabağdakı sülhməramlıların sayı, ən azı, yarıya qədər azaldılacaq...”- Rusiyalı şərhçi
“Qarabağdakı erməni hərbi birləşmələrindən qalan 66 milyona yaxın silah-sursatın saxlanması və utilizasiyası ilə bağlı problem var…”

“Sülhməramlılar, çox güman ki, 2025-ci ilin noyabrına qədər – müqavilədə təsbit olunduğu müddətdə Qarabağda qalacaqlar. Sülhməramlıların nəzarətində olan ərazinin də xeyli azaldığını nəzərə alsaq, onların sayı 1960 nəfərdən, ən azı, yarıya qədər azaldılacaq”.

“Kobramedia.azıın yazdığına görə Moderator.az xəbər verir ki,  bunu  “Kavkazskiy uzel” nəşrinə açıqlamasında Rusiyanın Kaspi Strateji Tədqiqatlar İnstitutunun elmi işçisi Aleksandr Karavayev söyləyib.
Bununla yanaşı,  şərhçi qeyd edib ki,  Qarabağdakı erməni hərbi birləşmələrindən qalan 66 milyona yaxın silah-sursatın saxlanması və utilizasiyası ilə bağlı problem var.
“Həmin silah-sursatı Azərbaycandakı anbar yerlərinə  bölüşdürmək lazımdır. Bunu birdən-birə etmək olmaz. Tədricən sülhməramlılar yolların və yaşayış məntəqələrinin mühafizəsindən silah-sursat anbarlarının mühafizəsinə keçəcəklər. Erməni əhalinin az qalan hissəsi üçün məhdud formada polis funksiyalarını yerinə yetirmək zərurəti də qalır. Ola bilsin ki, yeni hökumət qurumları və azərbaycanlıların Qarabağa qayıtması ilə bağlı problem yaranmasa, daha hansısa sayda erməni Qarabağa qayıdacaq.  İllah da, ona görə ki, Azərbaycan hökuməti 1991-ci ilə qədər Qarabağ ev, mənzil, torpaq sahələri ilə bağlı hüquqlara malik olmuş ermənilərə qarşı heç bir sanksiya tətbiq etmir”, – deyə Karavayev vurğulayıb.
Rusiyalı ekspet hesab edir ki, Azərbaycan üçün Rusiya “sülhməramlı” kontingentinin statusunun hərbi sülhməramlı qüvvədən monitorinq qrupuna dəyişdirilməsi, ona müəyyən polis funksiyalarının verilməsi ilə bağlı danışıqların aparılması məntiqli ola bilər.
“Bu, RSK-nın səlahiyyət müddəti başa çatdıqdan sonra edilə bilər. Monitorinq qrupunun yaradılması danışıqların nəticəsi ola bilər ki, bu da funksiyaların hərbidən polisə keçməsi ilə Rusiyanın regionda mövcudluğunun uzanmasına gətirib çıxaracaq” ,– deyə  şərhçi bildirib.
Onun sözlərinə görə, Rusiya üçün mövcudluğunu saxlamaq faydalıdır, lakin Rusiya “sülhməramlı” kontingentinin statusu dəyişərsə, Azərbaycan da bunda maraqlı ola bilər.
P.S. Yəqin ki, Azərbaycanın tanınmış  hərbi ekspertləri rusiyalı şərhçinin Qarabağdakı “sülhməramlı”ların gələcək taleyi ilə bağlı bu şərhinə münasibət bildirəcəklər…
S.Laçın