SERGEY YESENİN “ İRAN NƏĞMƏLƏRİ” SİLSİLƏSİNDƏN
MƏNİM GÖZƏL ŞAHANƏM
(Шаганэ, ты моя, Шаганэ…»
Mənim gözəl Şahanəm, Şahanə gülüm mənim!
Şımallı olduğuma doğmasan yoxsa belə?!
Zəngin səhraralıyla məşhurdur elim mənim,
Bənzəyir ay nurunda üzən zəmi məşələ;
Mənim gözəl Şahanəm,Şahanə gülüm mənim.
Şımallı olduğuma doğmasan yoxsa belə,
Orda ay burdakından böyükdür neçə dəfə,
Şiraz çöx füsunkardır, ancaq mən yenə hələ
Uçmağa tam hazıram Ryazanım tərəfə;
Şimallı olduğuma doğmasan yoxsa belə?!
Zəngin səhralarıyla məşhurdur elim mənim,
Bənzəyir zəmiləri qızılı saçlarına,
Dola barmaqlarıma, ağrımaz əlim mənim,
Vurğunam öz yurdumun yaşıl yamaclarına;
Cənnət məkanı ilə məşhurdur elim mənim.
Bənzəyir ay nurunda üzən zəmi gözələ,
Qıvrım saçlarıma bax, telimdən tanı məni,
Zarafat et, gülümsə, düşməz bu anlar ələ,
Salma ancaq yadıma, salma gülüm, Vətəni;
Bənzər ay işığında üzən zəmi gözələ.
Mənim gözəl Şahanəm, Şahanə gülüm mənim!
Şimalda,o diyarda sənə bənzər qız da var,
Tanrım, insan insana bu qədər necə oxşar!
Bəlkə də mənim haqda düşünür o gözəl yar,
Mənim gözəl Şahanəm, Şahanə gülüm mənim!
“DEYİRDİN Kİ, SƏDİ…”
(Ты сказала, что Саади…)
Təəccüblü nə var, sən
Onun zövqünə bir bax!-
Gözəli sinəsindən
Öpürmüş Sədi ancaq.
.
Oxudun:-”Fərat üçün
Gözəldir gül gözəldən”.
Mən isə həyat üçün,
Oxuyardım əzəldən.
Gözəlsə də qızılgül,
Ona çox gözəl demə-
Sözlərimi eşit, bil,
Yoxdur tay Şahanəmə.
Ruhum var, azad quşam,
Bezdim boş adətlərdən;
Şairtək doğulmuşam,
Şairtək öpürəm mən.
“OLMAMIŞAM BOSFORDA MƏN”
(Никогда я не был на Босфоре…)
Bosforda heç olmamışam,
Ordan mənə vermə sual.
Heykələ dönüb qalmışam
Mavi gözlər önündə lal.
Bağdada da getməmişəm
Tacir karvanlarıyla mən,
Orda alver etməmişəm,
Düşmüşəm ancaq taqətdən,
Fikirdən yordum özümü-
Əbədi nə var dünyada?-
Axır ki tapdım özümü;
-Mən şairəm Rusiyada!
Sızıldadır qarmon səsi,
İtlər hürür üzü aya,
Fars gözəli,var həvəsin?-
Gedək o mavi dünyaya!
Hüzuruna gəldim, yarım,
Çağırdın eşq ünvanına,
Sənin zərif barmaqların
Döndü durna qanadına
Qoy unudum keçmişimi,
Rahatlıq hopdur qanıma.
Yoxdur ölkə ölkən kimi,
And içirəm bu canıma.
Unutdur qarmon avazın,
Dadım bu gül nəfəsindən.
Yolumu gözləyən qızın
Qaçmayım görüşünə mən.
Bosforda olmadım, xeyr,
Uydurram bir şey… istəsən;
O gözlər daşır, kükrəyir,
Ruhuma od püskürürsən.
“QÖVR ELƏMİR KÖHNƏ YARAM”
(Улеглась моя былая рана)
Qövr eləmir köhnə yaram,
Sancı qopmur ürəyimdən.
Udub mavi çıçəklırin
Ətrini, məst oluram mən.
Tehranda bir çayxanada
Çayçı pürrəngi çay verdi.
Araqla, çaxırla deyil,
Bu çayla sağaldı dərdim.
Ağa, ətirli çayını,
Qoy tez-tez içməyə gəlim.
Çadra altdan burda mənə
Baxır bir iran gözəli.
Bizdə qızlar azaddırlar,
Azaddır sevgiləri də.
Bizdə görüş könüllüdür,
Bal dadır öpüşləri də.
Nə gözəldir bu ay üzlü,
Cana gəldim, inan, mən də.
Xorasan şalı verərdim,
Şiraz xalçası üstündə.
Süz, ağa, süz o bal çaydan,
Dilim yalan satmaz sənə;
Mən özümə cavabdehəm,
Sənsə cavabdeh özünə.
Çox boylanma bağçaya da,
Başqa qapısı var yenə.
Əbəs yerə göz vurmurdu
Çadra altdan o qız mənə.”DƏLLALDAN SORDUM BU GÜN”
(Я спросил сегодня у менялы)
A dəllal,yarım tümən?
Neçə manat eyləyər?
Açımmı qəlbimi mən
Fars gözəli laləyə?
Bu gün də yenı sordum,
Öyrətsin məni deyə:
-Necə başa salım mən
Öpüş sözün Laləyə?
Sığmırdım yerə, göyə,
Sıxılırdı ürəyim.
Necə deyim Laləyə
Sənsən mənim gərəyim?!
Söylədi gülə-gülə
Dəllal hal əhli idi.
Dedi: qızı söz ilə
Ələ almaq çətindi.
Öpüşün yoxdur adı
Dodaqda qalmır izi.
Tanrı belə yaradıb
Gül ətri verir özü.
Kim eşqə əbəs deyər?-,
Sevinci, kədəri var.
“Mənimsən” o kəs deyər
Çəkər, çadranı atar.
Valeh Mirzə
Tərcümə edən: VALEH MİRZƏ
Bəyən
Şərh bildir
Paylaş