QEYRƏTİNƏ QURBAN OLUM, AY İLHAM!
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyət dairəsi olduqca genişdir.Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində, Azərbaycanın müasir bir dövlət statusu qazanması sahəsində ölkənin 1-ci xanımının atdığı addımlar dünya mədəniyyət, incəsənət xadimlərini, hətta siyasətçiləri belə təəccübləndirməyə bilmir. Bu dinamik inkişafa şübhəsiz dostlarımız sevinir,düşmənlərimizsə öz mənəviyyatsızlıqlarına sadiq qalaraq paxıllıq hisslərini gizlədə bilmirlər.Ən əsası budur ki, Azərbaycan dövlətçiliyinin ikinci ən məsuliyyətli qanadını təmin edən Mehriban xanım Əliyeva ölkə Prezidenti ilə çiyin-çiyinə çalışmaqla xalqımızı dünya miqyasında tanıtdıran dörd əsas istiqamətin paralel olaraq inkişafənı gərgin və səmərəli fəaliyyətu nəticəsində təmin edə bilib.Qədim tarixi köklərə malik olan bir millətin təhsilini, səhiyyəsini, mədəniyyətini və idmanını inkişaq etdirmək, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaq və bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirmək kimi olduqca məsuliyyətli bir missiyanı Mehriban xanım cəsarətlə yerinə yetirdi.Ona görə cəsarətlə deyirəm ki, insan hər hansı bir taleyüklü işin öhdəsindən gəlməyə çalışa bilər, ancaq Mehriban xanım qələbəsinə nail olmaq üçün olduqca böyük iradə, prinsipiallıq,dərin Vətən sevgisi və bütün bu ağır yükləri daşıya biləcək böyük bir ürəyə sabi olmalısan.
Bu gün bütün dünyanın gözü önündə öz iradəsini, mətin Türklüyünü-Şimalı və Qərbi şoka salan cəsarəti ilə meydanda olan İlham Əliyev öz comərdliyi ilə bütün türk dünyasının Milli Lideri statusu qazandı desəm mən qınana bilmərəm..Mən bunun səbəbini xırdalasam çox böyük bir məqalə yazmaq zorunda olacağam.O məqaləni yazsam da belə söyləyəcəklərimlə heç kimi təəccübləndirə də bilməyəcəyəm. Çünki bəzən hadisələr o qədər qabarıq, şiddətli məcrada baş verir ki, onu olduğundan,göründüyündən güclü təsvir etməyə sözün qüdrəti çatmır. İlham Əliyevin məhz Türkiyə ilə bağlı beynəlxalq tədbirlərdə dəfələrlə etdiyi jectlər hər dövlət başçısına xas ola bilməz. Bəli, bu addimları yalnız Heydər Əliyev tərbiyəsi görən, özünü hamıdan cəsarətli Türk oğlu Türk sayan İlham Əliyev ata bilərdi.Atdı da, özü də gözənilməyən bir rakursda..Bu əlamətdar hadisəni efirdən seyr edən hər bir kəs qeyri ixtiyari kövrəlməklə bərabər qürur dolu bir nidanı ayaq üstdə səsləndirdi:- Qeyrətinə qurban olum, ay İlham! Sən bütün Türk dünyasının Milli Qəhrəmanısan!
VALEH MİRZƏ,
YAP üzvü, “Tərəqqi”
medalçısı