Ermənistanda Qarabağdan köçmüş hayklara çürümüş çuğundur verilir?..
![Ermənistanda Qarabağdan köçmüş hayklara çürümüş çuğundur verilir?..](https://moderator.az/cphoto/670x420/2023/10/25/1698213420_uundur-rk.jpg)
Sosial şəbəkələrin erməni seqmentində Ermənistanda Qarabağdan könüllü(!) köçmüş ermənilərə çürümüş çuğundur verilməsi haqda informasiyalar yayılıb.
“Kobramedia.az”ın yazdığına görə Moderator.az xəbər verir ki, Panorama.am-ın yazdığına görə, belə məlumatlardan birini “Facebook” istifadəçisi Marine Manuçaryan paylaşıb.
![](https://ssl.moderator.az/file/articles/2023/10/25/1698213832_uundur-rk-cermuk.jpg)
Erməni qadın açıq-aydın köhnəlmiş görünən çuğundurların foto-şəkillərini dərc edib və onları aşağıdakı şərhlə müşayiət edib:
“Cermuk(əsl tarixi adı -İstisu-S.L.) administrasiyası, sizin meriniz bunu yeyərmi? Yoxsa övladlarınıza verərdiniz? O(mer-S.L.), onu Qarabağdan olan köçkünlərə paylayıb. Bu, büdcənin yuyulmasının yeni dalğasıdır?”
Xatırladaq ki, son günlər artıq minlərlə Qarabağ ermənisinin dolanışıq çətinlikləri ucbatından Ermənistanı da tərk etməsi haqda xəbərlər yayılmaqdadır.
S.Laçın