DünyaMəşurlarÖlkəTənqidi

Ermənistanda Qarabağdan köçmüş hayklara çürümüş çuğundur verilir?..

Ermənistanda Qarabağdan köçmüş hayklara çürümüş çuğundur verilir?..
Sosial şəbəkələrin erməni seqmentində Ermənistanda Qarabağdan könüllü(!) köçmüş ermənilərə çürümüş çuğundur verilməsi haqda informasiyalar yayılıb.
“Kobramedia.az”ın yazdığına görə Moderator.az xəbər verir ki, Panorama.am-ın yazdığına görə, belə məlumatlardan birini “Facebook” istifadəçisi Marine Manuçaryan paylaşıb.
Erməni qadın açıq-aydın köhnəlmiş görünən çuğundurların foto-şəkillərini dərc edib və onları aşağıdakı şərhlə müşayiət edib:
“Cermuk(əsl tarixi adı -İstisu-S.L.) administrasiyası, sizin meriniz bunu yeyərmi? Yoxsa övladlarınıza verərdiniz? O(mer-S.L.), onu Qarabağdan olan  köçkünlərə paylayıb. Bu, büdcənin yuyulmasının yeni dalğasıdır?”
Xatırladaq ki, son günlər artıq minlərlə Qarabağ ermənisinin dolanışıq çətinlikləri ucbatından Ermənistanı da tərk etməsi haqda xəbərlər yayılmaqdadır.
S.Laçın