MəşurlarÖlkəSiyasətUncategorized

DÜNYA SİYASƏTİNDƏ İLHAM ƏLİYEV FENOMENİ

Bu iyrəınc aksiyalara başqa cür kompleks hücum da demək olar;əvvəlcə xaricdə imicimizi zəiflətmək, sonra isə daxildən həmlə etmək.Ancaq bu da fayda verməyəcək, çünki bu gün Azərbaycanı idarə edə biləcək başqa bir lider yoxdur. İlham Əliyevin tərcümeyi-halına nəzər yetirən, bir balaca ağlını işlətməyi bacaran hər bir şəxs məhz onun bu savaşlardan qalib çəxacağına əmin ola bilər. Biz eyni zamanda bir neçə qütblərlə savaşdayıq, bizim rəqibimiz Ermənistan deyil, Ermənistan bizim üstümüzə qısqırılan bir küçə itidir.Azərbaycan tarixin bütün dönəmlərində Rusiyanın, İngiltərənin, İranın, bir az da dərinə getsək hətta Adolf Hitlerin də və başqa dövlət rəhbərlərinin də maraq dairəsində olub və onu bir vaxt bölənlər,-parçalayanlar bu gün qalan kiçik bir hissəni də öz vassallarına çevirmək iddiasında bulunurlar.Biz ona görə xöşbəxtik ki Tanrı bizə olduqca mübariz,, döyüşməyi bacaran və böyük savaşlardan qalib çıxmağa qadir olan Liderlər qismət edib.Kim qarantiya verə bilər ki əgər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycana təşrif buyurmasaydı bu xalqı hansı bəlalar gözləyirdi.Türkiyədən başqa heç bir ölkə Heydər Əliyevin Azərbaycan Prezidenti seçildiyinə sevinmədi.Dəfələrlə Heydər Əliyevə sui-qəsd hazırladılar, dəfələrlə onu tarixin səhnəsindən silmək üçün planlar cızıldı, ancaq bu məkrli niyyətlər də baş tutmadı. Bilirsinizmi niyə? Ona görə baş tutmadı ki Heydər Əliyev özü bir super kəşfiyyatçı olaraq bu planlardan xəbərdar idi.O, nəyin bahasına olursa- olsun öz xalqını düçar olduğu bəladan xilas etməli idi və o, çox gözəl də bilirdi ki bu yolda o, təkdir.Çünki daxildə hakimiyyət davasında olan , burnunun ucundan irəlini görməyən, yalnız kürsü haqqında düşünənlər bu dərin proseslərdən bixəbər idilər.Nə Ayaz Mütəllibov, nə Əbdürrəhman Vəzirov, nə də ki heç Əbülfəz bəy dünya siyasətində Azərbaycanla bağlı gizli qapılar arxasında cızılan planlardan xəbərdar ola bilməzdilər.Müsəlman dünyasında Tanrı bu dərin hikməti, bu cəsarəti, bu qüdrəti yalnız iki tarixi şəxsiyyətə nəsib edib:Həzrəti Əli əleyhissəlama, bir də Heydər Əliyevə, hər ikisi də bütövlüyümüz,,milli varlığımız, müqəddəs ruhumuz yolunda şəhid olublar.Bu gün həmin missiya Tanrının hökmü ilə İlham Əliyev tərəfindən davam etdirilir və deyim ki bu savaş hələ bitməyib, əksinə yeni məcrada, daha təhlükəli proqnozları ilə davam etdirilir.Heydər Əliyev öz həyatı bahasına Yeni Azəırbaycan Dövlətini yaratdı, onu məhv olunmaqdan xilas etdi və inkişaf dinamikasının da əsaslarını qoydu.Həmin strategiya o qədər dəqiq hesablanmışdı ki müharibə edən bir dövlət ola-ola qısa müddət ərzində hərbi sənayenin inkişafına nail olundu və Azərbaycan böyük dövlətləri təəccübləndirəcək dərəcədə ağlasığmaz inkişaf pilləsinə ucaldı. Yəni, dünənki rəqiblərimiz sanki yatmış ayılar kimi yuxudan ayıldılar və artıq Azərbaycanın onların sıralarında addımladığını gördülər.Hansı dövlət xadimi bu çevik ağıla sahib olar, və dünyanı mat qoya biləcək dərəcədə həm üzünün dünya siyasətində nüfuzunun birə-beş artmasına, həm də dövlətinin qüdrətlənməsinə nail ola bilərdi?!Bu missiyanı yalnız Heydər Əliyev yerinə yetirə bilərdi və yetirdi də..O ki qaldı İlham Əliyevə, bu dahi şəxsiyyət bütün məsuliyyətimlə bəyan edirəm ki.öz parlaq siyasəti, cəsarəti, mübarizliyi, döyüşdə geri çəkilməyi xoşlamamağı ilə Heydər Əliyevdən zərrəcə geri qalmır, əksinə bəlkə də Heydər Əliyevin tərəddüd edə biləcəyi ehtimal olunan hər hansı bir riskli addımları atmağı da bacarır.Bu gün dünya siyasətində İlham Əliyevin dəfələrlə nümayiş etdirdiyi comərdliklər onun idarəetmə prinsiplərinə yönələn diqqəti və hörməti də birəbeş artırıb.Azərbaycan bu müdrik şəxsiyyətin dərin siyasəti nəticəsində inkişaf etməkdə davam edir və əminəm ki Heydər Əliyevin dünyasını qəfil dəyişməsi nəticəsində həyata keçirə bilmədiyi çox boyük planları da onun siyasi varisi mərhələli şəkildə reallaşdıracaq.Odur ki heç kim İlham Əliyevi Azərbaycanın siyasi səhnəsində əvəz etməyə qadir deyil və heç kim də buna cəhd etməsin.
… Mən bir kəndçi balasıyam, axşamlar hava qaralan kimi kəndin qırağında ulaşan çaqqalların səsini az eşitməmişəm.
Və o ulaşmalar heç vaxt heç kimi də zərrəcə narahat etmirdi, ,-çaqqaldır da, ulayır, qoy ulasın,-deyirdilər.-Onlar ulamağa adətlidirlər.