USTAD, “YÜZ” SƏNƏ AZDIR, YÜZDƏN DƏ ARTIQ YAŞA!
(Əməkdar jurnalist Əlirza Balayevin 80-illik yübiley təqviminə)
Nə yaxşı bu dünyada
Var işıqlı adamlar;
Bələkdə boğulardı
Talelər, arzu-kamlar.
Düzənə həsrət ömrüm
Yoxuşla üz-üzəymiş,
Haqqa tapındım, Allah!-
Gördüm o da “nizəymiş”.
Deyirlər bəs, əl tutmaq
Əlidən qalıb, hanı?-
İnsanlar danır hətta
Onları yaradanı
.
Tapıldı qələmimə,
Peşəmə qiymət verən,
O oldu həyatımda
Mənə düz yol göstərən.
Sanki qan qardaşımdır,
Sənətdə -müəllimim;
Mən ustad yanındayam
İndi nə dərdü-qəmim!
Coşqun enerjilidir
Bac verən deyil yaşa;
Ustad, “yüz” sənə azdır.
Yüzdən də artıq yaşa!
VALEH MİRZƏ
Bəyən
Şərh bildir
Paylaş