MəşurlarÖlkəSiyasət

SABİTLİYİN VƏ DİNC YAŞAYIŞIN TƏMİNATI MİLLİ TƏHLÜKƏSİZLİYƏ ZƏMİN YARADAN ƏSAS AMİLDİR

Məşhur rəssam Heydər Əliyevin portretini çəkdi » Gundelik ...

 

Bu, şübhəsiz belədir.Ancaq   buna  nail olmaq üçün hansı  vacib prinsiplər  öyrənilməli, cəmiyyətdə tətbiq edilməlidir?! Əgər kimsə düşünürsə ki, polis dəyənəyi  buna kifayət edər, o, kökündən səhv düşünmüş olar. Ölkə daxilində milli təhlükə yaradan amillərin kökünü kəsmək üçün  ilk növbədə  insanların maariflənməsinə, onların  sağlam  həyat tərzinə  alışdırılmasına nail olmaq vacibdur.Bunun üçünsə Azərbaycan  Konstitusiyasında  insanların  sağlam  ruhlu, sağlam əqidəli vətəndaş kimi böyüməsini  və vətənə  canla-başla xidmət  etməsini təmin edən  bütün müddəalar dərindən təhlil olunmalı və tətbiq edilməlidir. İlk baxışda anadan olan kimi Azərbaycan vətəndaşı kimi fəxri adı daşıyan hər bir soydaşımız  erkən yaşlarından təlim-tərbiyə müəssisələrinə cəlb olunurlar.Bu müəssisələrin hüquq və vəzifələrini dərindən təhlil edərək  onların qarşısında ən  mühüm tapşırığı ümummilli Lider Heydər Əliyev qoydu. 1998-ci ildə Təhsil   Qanununu   təsdiq edərkən o, təhsil ocaqlarının qarşısında duran əsas hədəfi  açıqlayaraq demişdi ki, “…sizin   vəzifəniz təkcə şagirdlərə  bilik verməklə bitmir, sizin əsas vəzifəniz   cəmiyyət üçün  sağlam ruhlu, vətənini, torpağını  canından əziz sanmağa qadir olan vətəndaşlar yetişdirməkdir.” Ulu Öndərin  müəllim və tərbiyəçi kollektivləri   qarşısında qoyduğu bu tələb sanrakı illərdə cəmiyyətdə yarana biləcək xaotik  mühitdən  sığortalanmaq üçün ən vacib  amil  idi. Uşaq baxçalarında,orta məktəblərdə , texniki peşə  və orta ixtisas  təhsili  müəssisələrində , eləcə də ali təhsil ocaqlarında tərbiyə olunan, təhsil alan,müxtəlif yaş kateqoriyasına mənsub olan  uşaq, yeniyetmə və gənclərin sayı  az rəqəm əmsalına bərabər deyil. Və bu yaş qruplarına bölünən vətəndaşlarımızın təlim- tərbiyəsi, təhsili ilə də kifayət qədər tərbiyəçi, müəllim və pedaqoq məşğul olur. Heydər Əliyevin ” Təhsil millətin gələcəyidir”  kimi  tarixi fikri  məhz təhsilin  gələcəyimizin  təminatçıları  olacaq   yetişməkdə olan  nəslin sağlam ruhda böyüməsi üçün əsas zəmin olacağını müdrikcəsinə təsdiqlədi.

Bu cür ürəkaçan  gerçəklikləri sadalayarkən insanın qeyri-ixtiyari ürəyi  də açılır.İlk baxışda adama elə gəlir ki. bütün işlər  öz ahəngi ilə, qanunauyğun şəkildə  gedir və cəmiyyətimizin   inkişafını ləngidə biləcək heç bir  stereotip  mövcud deyil. Ancaq bu, gerçəklidə belədirmi? Əlbəttə,  tarixin Heydər Əliyev  dönəmi və ondan sonrakı illər üçün bu gün  söylənilənlər haqdır və gerçəkdir, ancaq  geriyə dönüb ağır tale qismətimiz olan illərə ekskurs edəriksə  söykənilənlərin tam əksini görməmək  mümkün deyil.Fikrimizi konkretləşdirmək üçün tarixin özünü şahid qismində sorğu-sual edək. Müstəqillik qazanılıqdan sonra Azərbaycanın başına gətirilən müsibətlər  barədə çox da uzaq olmayan 90-cı illər yaddaşımızda vərəqlənir. AXCP- Musavat cütlüyü  tarixi  müstəqilliyə  qovuşduğuna sevinən Azərbaycan xalqını bir kökə saldı ki, zavallı xalq  bu  baldan şirin, müqəddəs  hissləri çax yaşaya bilmədi. Ermənistanla müharibə şəraitində olan ölkəmizin başına  hansı müsibətləri gətirilmədi. Səriştəsiz  dövlət rəhbərlərinə və oların  yelbeyin vassallarına tabe olmayan  könüllü ordu birləşmələrinin komandirləri  olan Surət Hüseynovun, Əlkram Hümbətovun, Rövşən Cavadıvun və başqalarının xalqa, dövlətə xəyanətlərinin  qurbanlarına çevrildilər   gənclərimiz. Dövlətimizin, torpaqlarımızın az qala əldən getdiyi, milli varlığımızın  təhlükə  altında olduğu  bir zamanda hakimiyyət davasına qalxan bu  vətən xainləri nin hərbi hakimiyyət çevrilişi iddialarını icra edən gənclərimiz kimlər idilər?Əlbəttə,  öpzümüzkülər , öz qardaşlarımız idilər.Onların  da son aqibətlərinin şahidi oldu Azərbaycan xalqı.Sağlam ruhlu igid Azərbaycan oğullarının qarşısında haqsızlar heç vaxt tab gətirə bilməzdilər və tab gətirə bilmədilər də.Vətən yolunda şəhid olan qardaşlarımızdan fərqli olaraq nə qədər gəncimiz hərbi çevrilişin iştirakçısı kimi  analarını, bacı-qardaşlarını, övladlarını gözüyaşlı qoydu.Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə 1993-cü ilin iyun ayında hakimiyyətə  qayıdışı, artıq ölməkdə olan bütün ümidlərə təzədən can verdi, insanlar   ruhən  həyata qayıtdılar. Bu, əsil xilaskarlıq missiyası idi.1994-95-ci illərin  mart- fevral hadisələri zamanı xalq üçün ən təhlükəli  sayılan hərbi çevrilişin qarşısını qəhrəmancasına alan Heydər Əliyev Yeni Azərbaycanın qurucusu, yaradıcısı oldu.

Təlim-tərbiyə prosesinin vacibliyinə  ciddi  önəm  verən  Heydər Əliyev gənclərimizin pis vərdişlərdən, pis əməllərdən çəkilməsinin  yeganə yolunu erkən yaşlarından  təlim-tərbiyə ocaqlarında  onların  vətən üçün layiqli vətəndaşlar kimi yetişdirilməsinə nail olmaqda  görür. Şübhəsiz  ölkədə sabitliyə zəmanət verən  qüvvə  var və  bu missiyanı  mənim də təmsil olunduğum Azərbaycan polisi  həyata keçirir. Ancaq  nə yaxşı olar ki, polisin müdaxiləsinə ehtiyac duyulmaya,erkən yaşlarından  təhsil ocaqlarımız uşaq,yeniyetmə və gənclərimizi   yüksək əxlaqi keyfiyyətlərə sahib olan layiqli vətəndaşlar kimi  yetişdirib cəmiyyətə   ekskurs  edə. Onda  ölkədə  qanun pozuntusu halları  da baş verməz, sabitlik, dinc yaşayış  kimi vacib amillər milli təhlükəsizliyimizə zəmin yaradar.

ASLAN MİRZƏZADƏ,

SƏBAİL RAYON POLİS İDARƏSİNİN ƏMƏKDAŞI