DünyaƏdabiyyatƏlaqəHaqqımızdaİdmanİqtisadiyyatMəşurlarÖlkəReportajRəsmiSatirik.YumoristikSiyasətTənqidiYeni xəbərlər

AVRO-2024: Çexiya millisi Farer adalarına qalib gəldi – YENİLƏNİB + VİDEO

AVRO-2024-ün seçmə mərhələsində daha iki oyun keçirilib.

Oxu.Az xəbər verir ki, E qrupunda Çexiya öz meydanında Farer adaları ilə qarşılaşıb.

Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 11-ə çatdıran Çexiya qrupda ikincidir. Farer adaları bir xalla sonuncu – 5-ci pillədə qərarlaşıb.

I qrupun İsveçrə – Belarus matçında isə qalib müəyyənləşməyib. Altı qolun vurulduğu qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Hazırda İsveçrə 15 xalla ikinci, Belarus altı xalla beşincidir.

19:02

AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib.

Oxu.Az xəbər verir ki, A qrupunda Gürcüstan millisi öz meydanında Kipri darmadağın edib – 4:0.

Qolları Otar Kiteişvilo, Xviça Kvaratsexeliya, Levan Şengeliya və penaltidən fərqlənən Jorje Mikautadze vurublar.

https://baku.tv/embed/102918?fbclid=IwAR3mINpFWzHodYNdkWKV0j-n0IY0fZNGFb7xEFdZJlNWEx6sTKFCQ-m3Y1k

Xallarını yeddiyə çatdıran Gürcüstan qrupda dördüncüdür. Hələ xal toplamayan Kipr sonuncu – beşinci pillədə qərarlaşıb.