DünyaMəşurlar

Britni Spirs məşhur müğənni ilə şam yeməyində görüntülənib – FOTO

Amerikalı müğənni Britni Spirs məşhur kolumbiyalı müğənni Maluma (əsl adı Xuan Luis Londonyo Ariasdır) ilə birlikdə görüntülənib.

Verilən məlumata görə, sənətçi Maluma ilə ABŞ-nin Nyu-York şəhərindəki restoranlardan birində görüşüb.

Şam yeməyinə müğənni Cey Balvin də qoşulub.

“Onu masa arxasına dəvət etdilər və o, dostları ilə birlikdə bizə qoşuldu”, – deyə orada olan kolumbiyalı müğənnilərdən biri bildirib.

Qeyd olunur ki, Spirs və kolumbiyalı müğənnilər musiqi və sənətçinin “İçimdəki qadın” avtobioqrafiyasını müzakirə ediblər.