“Hermes”də hesab üstündə insident – 2 nəfər həbs edildi
Oktyabrın 12-də Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Hermes” restoranında insident baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, restoranda müştərinin hesabı ödəməkdən imtina edərək mübahisə yaratması barədə polisə məlumat daxil olub.
Həmin şəxs – 2002-ci il təvəllüdlü N.Ə. polis orqanına dəvət edilib. Həkim müayinəsindən keçirilərkən onun spirtli içkinin təsiri altında olması müəyyən olunub.
Onların hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N.Ə. 8 sutka, M.M. isə 15 sutka inzibati qaydada həbs ediliblər