ÖZÜ YANA-YANA OXUCUNU YANDIRAN ŞAİR-TƏRCÜMƏÇİ
İstedadlı şair-tərcüməçi Rüfət İsayevın zəngin məna çalarları ilə diqqəti cəlb edən yaradıcılıq nümunələri ilə oxucuları tanış etmişik. Müxtəlif illərdə müəllifin qələmə aldığı şeirlər oxucunu şairin keşməkeşli həyatı ilə yaxından tanış etdiyinin də şahidi olmuşuq.Ümumiyyətlə Rüfət İsayevin qələmə aldığı bütün şeirlər həyatla, onun qasırğaları ilə fəal mübarizəyə həsr olunub. Bu mənada oxucu qəlbini ovsunlamaq kimi məharət sahibi olduğunu müəllif qələmə aldığı bütün şeirlərində təqdim etməyə nail olub. Bu yazıda isə Tanrı eşqi ilə yazıb-yaradan şairin tərcüməçilik məharəti barədə söhbət açacağıq. Məsələ bundadır ki, Rüfət İsayev ruhuna doğma olan klassik rus ədəbiyyatının baniləri sayılan görkəmli şairlərin yaradıcılığına müraciət edib. Bunlar o şairlərdir ki. dövrünün, zamanının parlaq istedad sahibləri kimi ədəbiyyat tarixində özlərinəməxsus yerləri tutublar. Bu şairlər Rus Poeziyasının Günəşi adlandırılan Aleksandr Puşkin, öz dövrünün tənqidçiləri tərəfindən yaradıcılıqğı yüksək qiymətləndirilən Mixail Lermontov,Rusiya ədəbi tənqidində filosof-şair kimi təqdim olunun Aleksandr Blok və nəhayət dünyaca sevilən və demək olar ki, şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunan Məhəbbət Aşiqi ləqəbli Sergey Yesenindir. Ayri-ayrı dövrərdə yaşayıb yaradan bu klassiklərin əsərlərini müasir dövr ədəbiyyatsevərlərinin, poeziya həvəskarlarınin ruhuna doğmalaşdırmaq razılaşmaq lazımdır ki, o qədər də asan deyil. Yəni, bu karifey sənətkarlar öz dövrləırində də, özlərindən sonrakı dövrlərdə də müxtəlif dillərə tərcümə olunublar.Ədəbi tənqidin diqqətindən o da yayınmayıb ki. tərcümə olunan xalqların dillərində də bu dahi sənətkarlar sivilə-sevilə oxunublar və bu da səbəbsiz deyildi.Çünki, tərcüməçilər də sıradan bir yazarlar olmayıblar. Bu mənada Rüfət İsayevin etdiyi tərcümələr müəllifləri bugünkü oxucuya layiqincə təqdim edə bilib.Bu təqdimatda adları çəkilən klassik Rus Ədəbiyyatı banilərinin yaradıcılıq boxçalarından bəzi nümunələri sizin müzakirənizə təqdim edəcəyik.Beləliklə,
АЛЕКСАНДР СЕГЕЕВИЧ ПУШКИН
(Я ВАС ЛЮБИЛ, ЛЮБОВЬ ЕЩЕ БЫТЬ МОЖЕТ)
Sizi sevirdim,sevgi gələr yenə,
Sönməyib sevginin atəşi hələ.
Bu sevgim narahat etməsin deyə,
Vermərəm əziyyət mən indən belə.
O saf məhəbbətim, o incə sevgim,
Qısqanclıq içində üzürdü məni,
Ümidsiz olsam da sizi sevirdim,
Kaş xöşbəxt eyləyə Allahım sizi.
SERGEY YESENİN:
(ПРОЩАЙ БАКУ!)
ƏLVİDA, EY BAKI! AYRILIM GƏRƏK,
KƏDƏRDİ, QORXUDU QƏLBİMDƏ MƏNİM,
AYRILIQ DƏRDİNDƏN SIZLAYIR ÜRƏK,
İNDİ DOST SÖZÜNÜN GÜCÜNÜ BİLDİM.
Əlvida, ey Bakı! Türkün səması,
Donuq qanım, azalır gücüm indi.
Məzara aparram özümlə sizi,
Balaxanı mayı, Xəzər dalğası.
Əlvida, Bakı! Həzin nəğmə kimi,
Dostum, qucaqlayım son dəfə səni.
Yellə sən başını qızılgül təki,
Yasəmənli çəndə yola sal məni.
(ВОТ УЖЕ ВЕЧЕР.РОСА)
Şeh düşübdü bax bu gecə
Parıldayır gicitkan.
Söykənərək bir söyüdə
Dayanmışam yol üstə mən.
Ayın füsunkar nəfəsi,
Bizim evin estə idi.
Bülbüllərin şən nəğməsi
Uzaqlardan eşidildi.
Nəgözəldi, nə istidi,
Qışda soba yanı kimi.
Ağcaqayınlar düzülüb
Bir şamdanın şamı kimi.
O meşənin düz önündə
Görünürdü bir gözətçi.
Toxmağını vurub yerə
Səs salırdı yerə-göyə
МИХАИЛ ЛЕРМОНТОВ
(У ВРАТ ОБИТЕЛИ СВЯТОЙ)
Müqəddəs kilsənin önündə durub,
Sədəqə yığırdı xəstə dilənçi.
Xəstəlik üzübdü,bədən quruyub,
Ayaqlar üstündə boynunu burub.
Yanından keçərək dəcəlin biri,
Bir daş parçasını ovcuna qoydu.
Əzab-əziyyəti, dərdi-kədəri
Bir tikə çörəkdi onun istəyi.
Bir zaman beləcə, dilənçi kimi,
Mən səndən istədim sənin eşqini.
Anlaya bilməyib o saf sevgimi
Əbədi söndürdün yanan qəlbimi.
АЛЕКСАНДР БЛОК
( Я ЗВАЛ ТЕБЯ.НО ТЫ НЕ ОГЛЯНУЛАСЬ)
Mən səni səslədim, dönmədin geri,
Göz yaşı axıtdım, insafsız pəri.
Göy plaşa bürünüb, üzdə kədəri,
Bir soyuq gecədə tərk etdin məni.
Heç bilmirəm, mənim məğrur gözəlim,
Kimə sığınıbsa, arzum-diləyim?
Daş kimi yatsam da, gözəl mələyim,
Göy plaşda görürəm hər gecə səni.
Getmişdi cavanlıq, getmişdi şöhrət,
Cavanlıq vaxtından yoxdur əlamət.
Masanın üstündən atdım, nəhayət
Sadə çərçivəli parlayan rəsmi
İstedadlə şair və mahir tərcüməçi olan qələm dostumun tərcüməçilik fəaliyyənə kiçik bir ekskurs edə bildik.Sanki ruhuma əvəzsiz bir qida oldu bu şeir parçaları.Müəlliflə bərabər tərcüməçinin yaşadığı hissər qanına, canına hopur adamın, ruhuna əvəzsiz bir qida bəxş edir Bəli, budur əsil poeziya, budur əsil tərcümə, budur özü yanmaqla oxucunu yandırmaq məharəti…
VALEH MİRZƏ