DünyaMəşurlarSiyasətTənqidiYeni xəbərlər

ONLARI DİLLƏRİNDƏN ASMAQ LAZIMDIR

Avropadan Azərbaycana küçə söyüşləri yağdıranların hamısını Azərbaycana gətirib dillərindən asmaq lazımdır.Onların hamısı xarici kəşfiyyat orqanları tərəfindən zombiləşdirilib və vampirə çevirib.İndi də start veriblər Azərbaycana gəlmək üçün pulyığma kompaniyasına. Fikir verin: erməni bir yandan bizi total müharibəyə sürükləyir, bunlar da bir yandan hakimiyyət davası edirlər. Deyəsən 94-95-ci illərin dövlət çevrilişi cəhdləri başqa rakursda təkrar olunur. Allah bunların ağlını alınca canlarını alsaydı daha xoş olardı. Azərbaycanda yaşayan qohum-əqrəbaları da xəcalətdən qurtulub rahat nəfəs alardılar.
Bütün dünyada müxalifət öz siyasi və iqtisadi platformasını ortaya qoymaqla hakimiyyətə gəlmək üçün çalışan siyasi qüvvə kimi qəbul olunur..Budurmu sizin platformanız?! Hansı ağıllı adamlarınızla siz Azərbaycanı düçür olduğu bəlalardan xilas edə bilərsiniz? Danışanda ağzından şor tökülən başbiləniniz Vidadi İsgəndərli iləmi?!Şəxsi iddiaları ilə hakimiyyəti suçlandıranın birisi xalqın dərdini necə yaşaya bilər?!.Müxalifətçi rəhmətlik Əbülfəz Elçibəy idi.Adı da pak idi, özü də.Yüksək əxlaqa, dərin dünyagörüşə, çevik ağıla, dünyəvi biliyə sahib olmayan kəs hakimiyyətə yiyələnə bilməz.Bu gün Azərbaycanda hakimiyyətə gəlməyə hazır ola biləcək müxalif bir qüvvə yoxdur.
Valeh MİRZƏ