Gürcüstanlı professor: “Gürcüstanın enerji müstəqilliyi Bakının düzgün siyasətinə əsaslanır”
“Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün Gürcüstanın enerji müstəqilliyi Azərbaycanın düzgün siyasətinə əsaslanır. Bu, Gürcüstan üçün çox vacib məsələdir”.
Bu fikirləri “Report”a açıqlamasında iqtisad elmlər doktoru, professor Otar Obesadze deyib.
“Prezident İlham Əliyevin 20 illik hakimiyyət dövrünü özünəməxsus yenidənqurma üslubu və böyük islahatlar dövrü kimi qiymətləndirmək olar. Azərbaycan iqtisadiyyatının həm Qafqazda, həm də Şərqi Avropada rolu olduqca vacibdir. Yanacaq və qaz ixracı baxımından Azərbaycanın Qafqaz regionunda rolu çox mühim rol oynayır”, – deyə ekspert bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə ən mühüm islahatları həyata keçirir və bu, regionumuz üçün yeni çağırışdır:
“İlham Əliyev mütərəqqi liderdir və mən əminəm ki, o, Azərbaycanda rəqəmsal iqtisadi islahatları cəsarətlə inkişaf etdirəcək. Silikon Vadisi, blokçeyn sistemləri və müasir rəqəmsal iqtisadiyyat Azərbaycanda əlavə iş yerləri və yeni iqtisadi proseslər yaradacaq”.
“Gürcüstan və Azərbaycan Qara dənizdə müştərək liman tikintisinə başlanması isə hər iki ölkənin iqtisadiyyatını sürətli şəkildə artıracaq. Bu məkan Gürcüstan və Azərbaycanı dünyada lider edəcək strateji bir liman oçacaq”, – deyə ekspert bildirib.