“İLHAM ƏLİYEVİ SEVİN VƏ MÖHKƏM QORUYUN!!”
Vaxt gələcək, bugünkü müxalifət liderlərinin övladları keçmişimizi, yəni indiki inkişafımızı hamıdan çox tərifləyəcək, İlham Əliyevi Azərbaycanın memarı adlandıracaq, bütün dövrlərin əbədiyaşar insanı kimi dəyərləndirəcəklər.Mən inanmıram ki gələcək nəsil öz valideyinlərinin səhvlərini təkrarlayaraq parlaq tariximizə çəpəki gözlə baxa bilər .Axı, yaşanan tarixi necə danmaq olar?!
Bizə yaxın olan xarici ölkələrin yaradıcı insanları ilə çox yazışıram, elə sadə peşə adamları ilə də.Onlar yekdilliklə bizim Prezidentimizə valeh olduqlarını ifadə edirlər.Bir vaxtlar nənə və babalarından eşitdikləri nağılların Azərbaycanda bu gün gerçək hal olduğunu söyləyirlər.Sürətli inkişafımız barədə bu qənaətə onlar mətbuatdan oxuduqlarından gəldiklərini deyirlər. Dostlarım bu gerçək nağıllar məkanına düşmək, eşitdiklərini öz gözləri ilə görmək arzusunda olduqlarını da ifadə edirlər, ancaq maliyyə imkanları buna yol vermir.-İlham Əliyevi sevin və möhkəm qoruyun ,- deyən dostlarım məni bu füsunkar gözəlliklər məkanının vətəndaşı olduğuma görə bəxtəvər insan adlandırırlar.
Bəli, onlar yanılmırlar, çünki məhz bu bəxtəvərliyi Azərbaycan xalqına nəsib edən, ürəyi Tanrısına hədsiz məhəbbətlə döyünən, hətta uzaqdan belə başımızın üstündə Günəş kimi parlaq görünən , ata öyüdünə canla-başla əməl edən, artıq tək Heydər Əliyevin deyil, Azərbaycanın lider oğlu statusu qazanan, bütün türk dünyasının comərd oğluna çevrilən, dünya siyasət meydanlarında söz savaşlarında iti ağlı, dərin düşüncəsi, sağlam məntiqi, bütöv türkçülüyü ilə seçilən, Azərbaycanımızın xöşbəxt gələcəyi naminə Ulu Öndərin qəhrəmanlıq səlnaməsinin davamı etdirməyə, həyatını belə bu yolda qurban verməyə hər an hazır olan bu igiddir-LHAM HEYDƏR OĞLU ƏLİYEVDİR!
Valeh MİRZƏ