MəşurlarÖlkəTənqidi

LAQEYDLİYƏ HEÇ CÜR DÖZƏ BİLMİRƏM

Şəkilin açıqlaması yoxdur.
Azərbaycana rəhbərliyinin birinci dönəmində Heydər Əliyev Cəlilabadlıları, Cəlilabadlılar da Heydər Əliyevi çox istəyirdilər O,başqa rayınlarda bir dəfə zona müşavirəsi keçirəndə, Cəlilabadda iki dəfə keçirərdi. Tək Cəlilabadın həmin illərdə ödədiyi üzüm planı Ermənistan Respublikasından çox olurdu.O diqqət sonrakı rəhbərlik dönəmində də davam etdi.Ulu Öndər Cəlilabadlılara çox böyük etimad göstərirdi.Onu az qala Cəlilabadlı sayırdıq. Adət-ənənələrimizi də çox yüksək qiymətləndirirdi.-Demək olar ki Naxçıvanla eynidir,- deyirdi.
Bu gün həmin Cəlilabadlıların övladları Heydər Əliyevin yadigarı olan-bu gün bütün Azərbaycanın oğlu statusu qazanan İlham Əliyevə həmin məhəbbəti aşılamaqda davam edirlər.Bütün Cəlilabadlıların adından danışmağa ixtiyarım çatmasa da əminliklə deyə bilərəm ki əksər Cəlilabadlılar İlham Əliyevi də Heydər Əliyev kimi öz doğmaları sayır. Mən də bir Cəlilabadlı olaraq 1991–ci ildən-Xalq Cəbhəsi hakimiyyəti dövründən Heydər Əliyevin siyasi fəaliyyətini təbliğ edirəm. Onun haqqında yazdığım kitablar, poema və şeirlər, siyasi məqalələr geniş oxucu auditoriyasına təqdim olunmuşdur.İlham Əliyevin dövlətçilik prinsiplərini təhlil etdiyim məqalələrin sayı-hesabı isə yoxdur.Çünki bu məqalələr davamlı olaraq yazılır və rəhbərlik etdiyim saytda, eləcə də feyzbuk səhifəmdə. mütəmadi olaraq öxuculara təqdim olunur..İlham Əliyevin siyasi fəaliyyətini tənqid etməyə cəhd göstərənləri məqamında susdurmağı da özümə sadəcə bir borc bilirəm. Bəzən buna görə özüm də tənqid hədəfinə çevrilirəm. Görünür bu da mənim alın yazımdır. Çünki mən vətəndaşlıq borcumu yerinə yetirirəm və bu yolda hər şeyə hazır olmalıyam.Bütün bunlara rəğmənsə …
…İnsan oğlu çox dözümlü olur, mən də dözümlüyəm , ancaq laqeydliyə heç cür dözə bilmirəm.
VALEH MİRZƏ
Bəyən

Şərh bildir