MəşurlarÖlkəTənqidi

JURNALİSTİKAMIZI XİLAS EDƏK

Jurnalistikanı heç bir peşə ilə müqayisə etmək olmaz.Heç yazıçılıq, şairlik də onunla müqayisəyə girə bilmir.Bu peşənin çəkisi ağır, məsuliyyəti böyükdür.Söhbət şübhəsiz qəzet jurnalistikasından gedir,O jurnalistikadan ki onun adını daşıyanlar uzaqdan tanınmalıdırlar.Jurnalistin cəmiyyətdə qazandığı mövqe heç bir qazanc növü ilə müqayisə oluna bilməz.Jurnalist alınmaz və satılmaz olmalıdır.Alına və satıla bilən simasızlar bu adı daşıya bilməzlər.Daxili potensialı, mənliyi, şəxsiyyəti jurnalistin bütün yazılarında qırmızı xətlə seçilməlidir.Jurnalist hər bir insanla ünsiyyətdə olanda belə onun qeyri-adi bir insan olduğu sezilməlidir. Jurnalist savadlı olmalıdır, qələmə aldığı bütün mövzular janrından asılı olmayaraq oxucunu öz təsir gücünə tabe edə bilməlidir. Oxucu jurnalist yazısından zövq almalıdır, o,oxuduğu məqalələrin ritminə köklənməlidir, jurnalistlə həmrəy, həmfikir olmalıdır.Bunun üçünsə jurnalist öz üzərində gecə-gündüz çalışmalı, bütün sahələrin mahir bilicisinə çevrilməlidir. Bu parlaq peşə o vaxt hörmətdən düşdü ki hər bir şəxs qəzet açmaq, baş redaktor olmaq imtiyazı qazandı, necə deyərlər, Həsən də qəlyan çəkdi, Hüseyn də.Əvvəllər reket deyəndə əli silahlı quldur dəstələr canlanırdı təsəvvürümüzdə.. İndisə bu ən aşağılayıcı söz bizim şərəflə daşıdığımız jurnalist adında da qara yamaq kimi görünür.Nə etməli?!Necə edək ki hamı bu müqəddəs peşənin məsuliyyətini dərk eləsin?!,.Axı, biz buna qadirik.Taxıl bol olsun deyə zəmini alaq otlarından və gəmiricilərdən necə təmizləyirlərsə biz də jurnalistikamızı , mütəşəkkil cinayətkar qruplardan beləcə təmizləməliyik.
,.
Bir 1 nəfər, siqaret çəkmə, poster, siqar və mətn şəkili ola bilər
Bəyən

Şərh bildir
Paylaş