MəşurlarÖlkəSiyasət

BİZ PREZİDENTİMİZLƏ FƏXR ETMƏLİ, ONUN YAXIN SİLAHDAŞI OLMALIYIQ

İlham Əliyevin Prezident postuna xalqın yekdil səsi ilə təyin olunduğu gün Qürur günü kimi tarixin yaddaşına həkk olundu.Məhz həmin gün Yeni Azərbaycan adlı məmləkətin qurucusu olan Heydər Əliyevin ölməzliyi şüurumuzda təsdiqləndi Bütün sahələrdə start verilən yenidənqurma işlərini davam etdirmək məhz onun siyasi varisi olan İlham Əliyevə həvalə olundu.Çoxlarının arzusunda olduğu bu vəzifənin öhdəsindən asanlıqla gəlmək mümkün deyildi.İqtisadiyyatı dağılan, 11 rayonu erməni quldurları tərəfindən zəbt olunan bir ölkəni yalnız Heydər Əliyevin təbirinə uyğun olan,qətiyyəti, prinsipiallığı ilə seçilən,xalqını canından artıq sevən bir şəxs idarə edə bilərdi və etdi də. Bu gün dünyada gedən proseslərin hamısı gözlərimiz önündə baş verir. Hansı dövlətlərin hansı uğursuzluqlarla üzləşdiyini də rahatca müşahidə edirik, sanki ekran qarşısında oturub sənədli filmlərə tamaşa edirik.Şəxsən mənim üçün bir Azərbaycanlı olaraq ən önəmli hal odur ki İlham Əliyev kiçik bir dövlətin lideri olduğuna rəğmən yüksək idarəetmə bacarığına söykənərək dünya siyasətinə təsir etmək iqtidarına malik olan bir Liderdir. Con yüz ildə bu statusa birmənalı olaraq ancaq Heydər Əliyev malik olub. Türkiyə-Rusiya münasibətlərinin stabilləşməsində önəmli rolu sübut etdi ki İlham Əliyev nəinki Cənubi Qafqaz regionunda, artıq dünya miqyasında xüsusi çəkiyə malik olan bir Prezidentdir.
Hər bir şəxs ayrı-ayrılıqda bir fərddir,yəni bir insan olaraq mövcuddur.Və İlham Əliyev də o fərdlərdən biri kimi təhsil alıb,əmək fəaliyyətinə başlayıb, yüksək bacarığı və qabiliyyəti sayəsində Rusiyanın paytaxtında tanınan, seçilən bir ziyalı statusu qazanıb Hələ MİLLİ OLİMPİYA KOMİTƏSİNİN Prezidenti olduğu dövrdə onun şəxsi təşəbbüsü ilə paytaxtda və regionlarda gənclərimizin fiziki hazırlığını təmin edən İdman Olimpiya Komplekslərinin inşasına start verilməsi bir neçə ildən sonra öz bəhrəsini verdi.Sonrakı illərdə dünya səviyyəli idman yarışmalarında gənclərimizin qazandığı qələbələr məhz həmin işlərin bəhrəsi idi. Bu günlərdə oğlum xidmət edən hərbi hissədə olarkən komandirə fəxrlə deyəndə ki mənim oğlum gözəl idmançıdır, cavabım qürurduyucu oldu.O mənə dedi ki Valeh müəllim, bizim əsgərlərimizin demək olar ki hamısı idmançıdır.Həmin anda sevincimin həddi-hüdudu yox idi,Gənclərimizin kütləvi olaraq idmanın bütün növlərinə cəlb olunması o deməkdir ki cəngavər əsgərlərimiz qarşısında düşmən tab gətirə bilməz. İlham Əliyev təkcə bu xidmətinə görə ən yüksək qiymətə, ən yüksək alqışa layiqdir.Amma onun Azərbaycana rəhbərlik etdiyi ötən bu 14 ildə imzaladığı sərəncam və fərmanlarla görülən işləri siyahıya alanda qanadlanmaya bilmirsən.Bu gün biz uzaqdan daha yaxşı görünürük.Bütün dünyanın diqqəti bu gün bizdədir.Böyük dövlətlər krizis dövrünü yaşadığı bir vaxtda Azərbaycanda bir an belə dayanmayan quruculuq işləri hamını şoka salıb.Bu nəyin nəticəsidir? Bu onun nəticəsidir ki Azərbaycanın dövlət siyasətinin prioriteti düzgün iqtisadi siyasətdir.Dövlətin bütün qalan sahələrdə qazanacağu uğurların mayası, özülü də məhz bununla bağlıdır.Bizdən yüz dəfə böyük olan dövlətlərin bizimlə müxtəlif yayihələrə imza atması, Azərbaycana sərmayə qoyması o deməkdir ki ölkə rəhbərimizin beynəlxaq siyasət sahəsində qazandığı uğurlar misilsizdir.Biz də bunu dərindən dərk etməli, Prezidentimizlə fəxr etməli,onun yaxın silahdaşı olmalıyıq.
İCTİMAİ NƏZARƏT KOALİSİYASININ DEPARTAMENT SƏDRİ,” KOBRAMEDİA.AZ.” SAYTININ BAŞ REDAKTORU