DünyaMəşurlarÖlkəRəsmi

“Putin bu savaşdan yararlanmağa çalışır, amma artıq heç nə onu xilas edə bilməz…” 

“Putin bu savaşdan yararlanmağa çalışır, amma artıq heç nə onu xilas edə bilməz...” 
“Bu, boş bir xəyaldır: yalnız çıxılmaz bir  durumda olan diktatorun xəyal edə biləcəyi bir  xam xəyaldır…”
“Yaxın Şərq ölkələri hazırda Rusiyanı “sönən güc” hesab edirlər…”
Rusiya prezidenti Vladimir Putin İsraillə “Həmas” arasındakı müharibədən faydalanmağa çalışır. Xüsusilə, Kreml “sülhməramlı” kimi şöhrət qazanmaq və Rusiyanın Yaxın Şərqdə təsirini artırmaq üçün atəşkəsə nail olmaq istəyir.
“Kobramedia.az”ın yazdığına görə Moderator.az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın məşhur “Teleqraf” (“The Telegraph”) qəzetində Britaniya ordusunun istefada olan polkovniki Riçard Kemp yazıb.
 “Dünyada, xüsusən də Ukraynada bu qədər qan tökülməsinə görə məsuliyyət daşıyan adam indi deyir: “Bu gün qan tökülməsini dayandırmaq vacibdir”-deyə ingilis polkovnik bildirir.
Onun fikrincə, Putinin münaqişəyə müdaxiləsi heç nəyi dəyişməyəcək, çünki Rusiyanın güclü dünya dövləti kimi reputasiyası Ukraynaya qarşı müharibə nəticəsində ciddi şəkildə zədələnib. Rusiya qoşunları 18 aylıq genişmiqyaslı müharibədən sonra ağır vəziyyətdə qalır və Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Luqansk və Berdyansk aerodromlarına “ATACMS” raket zərbələri endirməsi Kremli dərindən aşağılayıb.
Kempin sözlərinə görə, Yaxın Şərq ölkələri hazırda Rusiyanı “sönən güc” hesab edirlər. Deməli, Suriyada Putin artıq mövqelərini itirməkdədir. O, qüvvələrinin bir hissəsini oradan yenidən Ukraynaya yerləşdirməli olub.
Ekspert İsrailin “Həmas”a qarşı müharibəsinin Kremlə qısamüddətli fayda verə biləcəyini izah edib. Lakin Putinin səylərinə baxmayaraq, Qərb İsrailin ətrafında toplaşır və Rusiya onun fonunda “kənar” kimi görünür.
“Əgər onlar bu böhranı Ukraynadakı savaşda qalib gəlmək üçün bir vasitə kimi görürlərsə, bu, boş bir xəyaldır: yalnız çıxılmaz bir  durumda olan diktatorun xəyal edə biləcəyi bir  xam xəyaldır”,- deyə  Britaniya polkovniki istehza ilə vurğulayıb.
Sultan Laçın