MəşurlarÖlkəReportaj

“Şirin Mirzəyev işğaldan sonra Xankəndində atasının dağıdılmış məzarını görmüşdü və…”

“Şirin Mirzəyev işğaldan sonra Xankəndində atasının dağıdılmış məzarını görmüşdü və...”
“Bu günlərdə “Xankəndi” ictimai birliyinin üzvləri Kərkicahandakı məzarlığı ziyarət edə biliblər…”
“Xankəndində azərbaycanlıların iki qəbiristanlığı vardı. Artıq işğala yaxın dövrlərdə onlardan birinin ərazisi dolmuşdu. Buna görə də azərbaycanlılar üçün ikinci qəbiristanlıq salınmağa başlanmışdı”.
“Kobramedia.az”ın yazdığına görə bunu Moderator.az-a açıqlamasında Xankəndində böyüyüb boya-başa çatmış, şəhid Milli Qəhrəman, polkovnik Şirin Mirzəyevin xanımı, sabiq parlament üzvü Flora Qasımova söyləyib.
“Bilavasitə mənim yaxın qan qohumlarından Xankəndi ərazisindəki məzarlıqlarda dəfn edilən olmayıb. Ancaq rəhmətlik Şirin Mirzəyevin atası və əmisi yeni salınmış qəbiristanlıqda torpağa tapşırılmışdı. Şirin sağlığında, Xankəndindən artıq bütün azərbaycanlılar çıxandan sonra, yəni təxminən 1990, yaxud 1991-ci ildə, demək olar ki, işğaldan sonra atası və əmisinin uyuduğu qəbiristanlığa baş çəkə bilmiş və onun yerlə-yeksan edildiyinin şahidi olmuşdu. Atası və əmisinin məzarları da daxil olmaqla həmin məzarlıqdakı bütün azərbaycanlı qəbirlərinin dağıdıldığını öz gözləri ilə görmüşdü Şirin… Və bu da ona çox ağır təsir bağışlamış, qəlbində qisas hissini alovlandırmışdı”, -deyə şəhid Milli Qəhrəman xanımı əlavə edib.
“Kərkicahan qəsəbəsinin qəbiristanlığı ayrı idi. Bu günlərdə “Xankəndi” ictimai birliyinin üzvləri həmin məzarlığı ziyarət edə biliblər. Onların sözlərinə görə, orada salamat qalan azərbaycanlı qəbirləri də var.
Ancaq dağıdılanlar da xeylidir… Ermənilər hegemon dünya güclərinin əlində alət olmaqla Azərbaycana qarşı heç bir əsas olmadan saysız-hesabsız belə vandallıqlar, vəhşiliklər törədiblər. 1988-ci ildən, Xankəndini, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri və s. işğal edəndən sonra nail olduqları yalnız bunlardır; insanlarımızı vəhşicəsinə qətlə yetirmək, onları əsir-girov götürmək, onlara əzab, işgəncə vermək, qəbirlərimizi, tarixi abidələrimizi, məscidlərimizi dağıtmaq və s. Sonda özlərinin əksəriyyəti də yoxsulluqdan,  köçkünlükdən, əzab-əziyyətdən  başqa heç nə qazanmadılar”, – deyə sabiq millət vəkili diqqətə çatdırıb.
Sultan Laçın