DünyaMəşurlarSiyasət

Fələstin-İsrail toqquşmasında SON VƏZİYYƏT

Fələstin-İsrail toqquşmasında SON VƏZİYYƏT

Məlum olduğu kimi, Fələstin və İsrail arasındakı qarşıdurma 7 oktyabrdan davam edir.

 

“Kobramedia.az”ın yazdığına görə Modern.az xarici mətbuatda dərc olunanlar əsasında bölgədəki son vəziyyətə nəzər salıb.

 

Qızıl Aypara humanitar təşkilatı bildirib ki, 8 yük maşını su, qida və dərman gətirən dördüncü humanitar yardım karvanı Qəzza zolağına daxil olub. UNICEF Qəzza zolağında 2360 uşağın həlak olduğunu bildirib. HƏMAS qruplaşmasının nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib ki, təkcə son 24 saat ərzində 700 fələstinli həlak olub.

 

“Reuters” mənbələrinə istinadən yazıb ki, ABŞ kəşfiyyatı Qəzza zolağında xəstəxana yaxınlığında baş verən partlayışın Fələstin raketi tərəfindən törədildiyinə tamamilə əmindirlər. Analitiklərin fikrincə, raket havada partlayıb.

 

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrailin özünümüdafiə hüququnu bəyan edib, eyni zamanda ölkəni beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıb.

 

“Deyim ki, “Bir daha heç vaxt” şüarı bir alman olaraq mənim üçün o deməkdir ki, biz Holokostdan sağ çıxanların nəvələrinin Qəzzada terrorçular tərəfindən girov saxlanıldığını bilməklə kifayətlənməyəcəyik. Almaniya üçün İsrailin təhlükəsizliyi müzakirə edilə bilməz”, – deyə Berbok BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

 

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında quru əməliyyatına nə vaxt start verəcəyi bəlli deyil.

 

Qeyd edək ki, 7 oktyabrdan bəri hər iki tərəfdən minlərlə insan həlak olub.