Yazıçı: “İlham Əliyev sözünün sahibi oldu, nida işarəsini qoydu…”
Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyevin Xankəndi, Xocalı və Ağdərədə üçrəngli bayrağımızı qaldırması ölkə ziyalıları tərəfindən də alqışla qarşılanıb.
Yazıçı Seyran Səxavət Adalet.az-a açıqlamasında Prezidentin səfəriylə bağlı bunları deyib:
“Bütün xalq sevinir, başımız, qəddimiz bir az da dikəldi, öz tarixi şəklini aldı. Bütün bunlar öz yerində, amma çox qısaca olaraq onu demək istəyirəm ki, vaxtilə Paşinyan deyəndə ki, “Qarabağ Ermənistandır.” və ona cavab olaraq bizim Ali Baş Komandanımız İlham Əliyev dedi ki, “Qarabağ Azərbaycandır!”. Bax o nida işarəsi artıq dünən qoyuldu. İndiyənə qədər Qarabağın işğaldan azad etdiyimiz ərazilərinə nöqtə qoymuşduq, amma indi artıq İlham Əliyev dediyini yerinə yetirdi, sözünün sahibi oldu, sözünün üstündə durdu. Bu artıq “Qarabağ Azərbaycandır!” oldu”-deyə yazıçı bildirib.