MəşurlarÖlkəSiyasət

KİŞİLİK ƏN YÜKSƏK VƏZİFƏDİR, ƏQİDƏN DƏYİŞMƏSƏ ÖLƏNƏCƏN KİŞİSƏN

…Bəlkə belə deyil?!Yüzlərlə, minlərlə fakt at kimi dirənər adamın üzünə, açar sandığı, tökər pambığı. Ümumiyyətlə mən həyatı dərk etdiyim andan ta bugünədək kişi olduğumla qürurlanmışam və bu əvəzolunmaz bəxşişə görə Ulu Tanrım qarşısında səcdə etmişəm. Nə var nakişi kimi yaşamağa, əgər ona yaşamaq demək qəbulolunansa.Əslində, nəslində sanbal olmayan birisi alaq otunun kökləri üsdə bitən alaqdan savayı nə ola bilər?!

Cəmiyyətdə də belədir. Məmur toplumunu süzgəcdən keçirəndə bu həyat fəlsəfəsinin Tanrı tərəfindən möhürləndiyinin bir daha şahidi olursan. Xalq arasında belə bir deyim var:-İnsanın xislətini öyrənmək üçün ona irili-xırdalı bir vəzifə ver; kor atı minib köndələn çapanları da görəcəyik, andına xəyanət etməyənləri də.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün ən çətin bir anda hakimiyyətə gətiriləndən sonra müdrik el ağsaqqalı ciddi kadr dəyişikliklərinə start verdi, xalqın qanını soranları, rüşvətxorları, korrupsionerləri işdən kənarlaşdırdı,Vətən üçün canından keçməyə hazır olanları yüksək vəzifələrə təyin etdi. Bir müddət sonra isə xalq arasında narazılıqların azalması əvəzinə artdığının şahidi olarkən o, Nazirlər Kabinetinin yığıncağında təəssüf hissi ilə dedi: -“Biz insanlara vəzifə veririk ki, gedib xalqa canla-başla xidmət etsinlər, dövlətlə xalq arasında yaranan uçurumu aradan qaldırsınlar, onlar isə həmin uçurumu daha da dərinləşdirirlər.”
Bu, elə bir keçid dövrü idi ki, hakimiyyətin yuxarı eşalonunda bulunanların hansı məssəbə qulluq etdiklərini, hansı xislətin sahibi olduqlarını apaydın görmək, yaxud sezmək mümkün deyildi. Xalq məsəlini də mən elə buna görə öndə nümunə gətirdim,yəni qardaşını belə tanımaq üçün ona vəzifə ver. Və bütün bunlar Surət Hüseynov,Əlikram Hümbətov, Rövşən Cavadov kimi vətən xainlərinin ölkədə yaratmaq istədikləri xaotik mühit ərəfəsində baş verirdi. Ancaq zəngin həyat və idarıçilik təcrübəsi olan Heydər Əliyev bu situasiyada soyuqqanlılıq nümayiş etdirərək mühüm addımlar atmaqla mərhələli şəkildə ölkədə sabitliyi bərpa edə bildi. Ancaq atılan bütün mütərəqqi addımlar sayəsində də ölkədə korrupsiyanın, rüşvətxorluğu qarşısını tam almaq mümkün olmadı.
2003-cü ildə Ümummilli Lider Heydər Əliyev dünyasını qəfil dəyişəndən sonra hakimiyyətə gələn siyasi varis İlham Əliyev həmin strategiyanı davam etdirməklə bərabər kadr islahatlarına da start verdi. Yeni kadrlar ümidləri qismən doğrultsalar da rüşvətxorluğun, korrupsiyanın kökü tam kəsilmədi. Belə olan halda İlham Əliyev məlim sərəncamı ilə “Vahid Pıncərə” Sistemi yaratdı ki. Bu addım əslində rüşvətxorluğun qarşısına sədd çəkməli idi, ancaq gözlənilən effekt alınmadı.Azərbaycan Prezidenti İlham Əliyevin növbəti sərəncamı ilə Adminitrasiya yanında “Korrupsiyaya qarşı mübarizə” kimissiyasi, eyni zamanda Baş Prokurorluq nəzdində “Korrupsiyaya qarşı mübarizə idarəsi” yaradıldı. Çoxlu rüşvətxor və korrupsioner layiqli cavabını alsa da ölkə rəhbəri bu nəticə ilə də qane olmadı və nəhayət dünyada analoqu olmayan bir qurumun yaradılması ilə bağlı sərəncam imzaladı.Bu, sözün tam mənasında Azərbaycan xalqının arzu və istəklərinin təminatçısı sayılan “Asan xidmət” idi. Artıq insanlar rahat nəfəs almağa başladılar, idarə və təşkilatlarda baş verə biləcək süründürməçiliyin qurbanı olmadılar.Bu addım doğrudan da İlham Əliyevin korrupsiyaya və rüşvətxorluğa qarşı apardığı məqsədyönlü mübarizə strategiyasının ən uğurlu səhifəsi oldu. Bu gün bütün dünya ölkəmizdə fəaliyyət göstərən “Asan xidmət”in fəaliyyət prinsiplərini öyrənir.
Azərbaycan xalqının sevimli lideri statusunu qazanan Prezident İlham Əliyev daha yeni mübarizə üsulları axatrmağa başladı və nəhayət 2015-ci ildə bütün dövlət qurumlarının fəaliiyətinə xalqın özünün nəzarət etməsinin vacibliyini düşündü və İctimai Nəzarət Konsepsiyasını ortaya qoydu.Bu, növbəti analoqu olmayan bir addım idi, onun icrası isə ölkədə fəaliyyət göstərən QHT-lər tərəfindən təmin olunmalı idi. Həmin vaxt mən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse prezidenti, eyni zamanda Sabitlik və inkişaf Mərkəzi İctimai Birliyinin sədri idim. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti mərhum xalq şairi Söhrab Tahir idi. Azərbaycan Prezideniti İlham Əliyev cənablarının biz QHT rəhbərləri qarşısında qoyduğu bu mühüm vəzifəni biz öz təşkilatımızda müzakirə etdik və qərar verildi ki, bu iki qurumun təsisçiliyi ilə “İctimai Nəzarət Koalisiyası “platformasını yaradaq.Belə də etdik və çox keçmədi ki, Koalisiya ətrafında ölkədə fəaliyyət göstərən QHT-lər, mətbu orqanlar birləşdi.Üzvlərimizin sayı qısa zaman kəsiyində kifayət qədər artdı və demək olar ki. Azərbaycanın bütün bölgələrini əhatə etdi.Çoxlu sayda xalq artistlərinin, xalq şair və yazıçılarının müzakirə məkanına çevrildi Koalisiya. Hədəfimiz isə təbii olaraq ölkə rəhbərini çağırışına uyğun olaraq dövlət qurumlarında korrupsiyaya və rüşvətxorluğa son qoymasına nail olmaq idi. Bunun üçün Koalisiya nəzdində departamentlər yaradıldı və hər departamentə öz işinin öhdəsindən layiqincə gəlməyə qadir olan könüllülərdən ibarət mütəxəssislər cəlb olundular. Kimliyindən asılı olmayaraq biz ölkə rəhbərinin irəli sürdüyü konsepsiyaya uyğun olaraq irili-xırdalı bütün rüşvətxor məmurları ifşa etməyə start verdik. Acınacaqlı halsa budur ki, Koalisiya komandası olaraq biz öz işimizi layiqincə yerinə yetirdikcə xüsusilə yuxarı məmur toplumu arasıında düşmənlərimz artmağa başladı. Müxtəlif vaxtlarda müxtəlif kateqoriyalı təqib və təxribatlarla üzləşsək də haqq işimizə stop demədik, çünki biz dünyaca qüdrət sahibi olan Lider Prezidentimiz İlham Əliyevin qarşımızda qoyduğu mühüm vəzifəni icra edirdik. Bunun bir səbəbi də yuxarıda söylədiyim kimi bu idi ki, mən əqidəsini heç bir təzyiq altında belə dəyişməyə qadir olan birisi deyiləm, mən kişiyəm.Bu ağır missiyanı yerinə yetirməyə start verəndə mən bilirdim ki, şantaj da oluna bilərəm,şərlənə də bilərəm, hətta həbs də oluna bilərəm.Əslində gözlədiklərimin hamısını yaşadım, amma kişi kimi yaşadım.Mən hətta üç il “sakini” olduğum N saylı təcridxanada belə öz İctimai Nəzarətçi missiyamı dondurmadım, dövlətimin, Azərbaycan Prezidentinin etimadını həyatım üçün ən çətin anlarımda belə doğrultmağa çalışdım və çalışmaqda davam edirəm.
ULU TANRI DÖVLƏTİMİZİ QORUSUN!
ULU TANRI DÜNYACA LİDER PREZİDENTİZ İLHAM ƏLİYEVİ QORUSUN!
ULU TANRI BÜTÜN TÜRK DÜNYASINI QORUSUN!

Rasim Məmmədov,
“İctimai Nəzarət Koalisiyası”nın sədri