MəşurlarÖlkəUncategorizedYeni xəbərlər

LAYİQLİ KADR AXTARIŞINI MƏN DTK-da GÖRDÜM

Son vaxtlar hər gün səhər gözəl xatirələri yadıma salıram ki heç olmasa bir gün də olsa bu zəhrimar təzyiq məndən uzaq olsun.Həmin xoş xatirələrin biri də bu gün yadıma düşdü:
Heydər Əliyev Azərbaycanda 1-ci katib olan vaxtlar idi.Mən Rus Dili və Ədəbiyyatı İnstitutunda sonuncu kursda təhsil alırdım..Günlərin bir günü dekan məni yanına çağırtdırıb dedi ki səni Dövlət Təhlükəsizlik Komitəsinin Cəlilabad rayon şöbəsindən çağırırlar, sabah saat 9-da rəisin yanında olmalısan. Axşam Bakı-Astara qatarına minib payonumuza getdim.Səhər saat düz 9-00-da rəis Ələkbərovun (çox gözəl insan idi, Allah ona qəni-qəni rəhmət eləsin) qəbul otağına daxil oldum.Düzü ürəyimdən qara qanlar axırdı, nə qədər təmiz adam olsan da bu təşkilatın təcili çağırışına narahat olmamaq bir gənc üçün mümkün deyildi. Nə isə, nigarançılığıma son qoyuldu və məni içəri dəvət etdilər.Ələkbərovun yanında Dövlət Sərhəd Qoşunlarının mundirində iki yüksək rütbəli zabit də oturmuşdu. Onlar üçü də məni rus dilində sorğu-suala tutdu, ailə vəziyyətimlə, təhsilimlə necə oxuduğumla bağlı rusca cavab verməyi xahiş etdilər. Mən bütün sualları cavablandırandan sonra.polkovnik rütbəli sərhədçi zabit,- sən Əvəz kişinin oğlusanmı?-deyə, mənə müraciət etdi..Mən cavab verdim ki, bəli, mən Əvəz kişinin oğluyam.Mənim sonuncu cavabımdan sonra həmin zabit,-mən bu seçimi olduqca uğurlu sayıram,-deyərək üzünü DTK-nın rayon rəisinə tərəf çevirdi və əlavə etdi ki Əvəz kişi 30 ildir sərhəd sistemində çalışır və əsi kommunistdir, oğlu da ki maşallah rus dilini gözəl bilir.
Onlar ümumi razılığa gələndən sonra mənim ora çağırılmağımın səbəbini açıqladılar.Dedilər ki rayondakı bütün rus dili müəllimlərini yoxlayıb sənin üzərində dayanmışıq, sən onlardan ən layiqlisisən. Sonuncu kursu bitirən kimi gəlirsən bax, bu kabinetə.
Altı aydan sonra mən institutu bitirib Cəlilabad rayonuna rus dili müəllimi işləmək üçün təyinat aldım, ancaq həmin kabinetə getmədim.Sonra məni yenə ora dəvət etdilər və müavin vəzifəsinə işə götürüləcəyimi bildirdilər.Mənsə qətiyyətlə bu işi istəmədiyimi bildirdim,yaradıcı adamam, şairəm, azad olmaq istəyirəm kimi sərsəmələrimlə tale quşunu başımın üstündən öz əlimlə uçurtdum.
Üç il təyinat müddətini işlədikdən sonra Bakıya qayıtdım və “Azərbaycan Pioneri” qəzetində müxbir kimi fəaliyyətə başladım. Qısa müddət ötmüş həmin qəzetin rus dili variantı üzrə baş pedaktor müavini oldum, sonra isə baş redaktoru.Bütün fəaliyyətim dövründə yalnız savadım,nümunəvi davranış qaydalarım sayəsində irəli çəkilmişəm.2001 ci ildə isə daha mötəbər bir mətbu orqana- “Azərbaycan müəllimi” qəzetinə baş redaktor təyinatı aldım.Qısa müddətdə həmin qəzeti müəllim ordusunun stolüstü qəzetinə çevirdim.Ümumiyyətlə mən harada çalışmışamsa orada özümü təsdiqləməyə nail olmuşam, və bunun üçün gecə-gündüz öz üzərimdə çalışmışam Ancaq .2007-ci ildəsə baş redaktor vəzifəsini müəyyən səbəblər üzündən təhvil verməli oldum və buganədək mənim taleyimlə heç kim maraqlanmır.
Layiqli kadr axtarışını mən yalnız DTK təşkilatında gördüm. Allah Heydər Əliyevə və onun dünyasını dəyişən layiqli kadrlarılna qəni qəni rəhmət eləsin! Qalanlara isə cansağlığı arzulayıram. Heç şübhə etmirəm ki həmin ənənə bu nüfuzlu orqanda layiqincə qorunub saxlanılmaqdadır..O vaxt mənə olan təklifi qəbul etməsəm də o nurlu insanlar bu gün də bir ülvi xatirətək qəlbimdə yaşayırlar.Onları xatırlayantək ovqatım yaxşılaşır,təzyiqimə səbəbkar olanları unuduram.

Paylaş